SON XƏBƏRLƏR

Zərif Amerikanın Səudiyyə Ərəbistanına nüvə texnologiyası satmağa cəhdi barədə yayılan xəbərlərə reaksiya verib

2021.10.20, 07:36
Zərif Amerikanın Səudiyyə Ərəbistanına nüvə texnologiyası satmağa cəhdi barədə yayılan xəbərlərə reaksiya verib

Gunaz.tv

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif fevralıb 20-də “Twitter” səhifəsində paylaşdığı bir statusda, ABŞ prezidentinə yaxın bəzi rəsmilərin Səudiyyə Ərəbistanına nüvə texnologiyası satmağa cəhdi barədə yayılan xəbərlərə reaksiya verib.

 

Zərif, paylaşdığı statusunda Amerika hökumətini ikiüzlülükdə günahlandırıb: “Bizim üçün bəlli olanlar artıq bu gün dünya birliyinə də bəlli olur. Amerika üçün nə insan hüquqları, nə də nüvə proqramları həqiqi nigaranlığa səbəb olan məsələlər deyil. Əvvəlcə bir jurnalistin tikə-tikə doğranması, indi isə Səudiyyə Ərəbistanına qanunsuz olaraq nüvə texnologiyasının satışı tamamilə ifşa edilib.Amerika Birləşmiş Ştatlarının ikiüzlülüyü”.

 

Qeyd edək ki, Amerika Nümayəndələr Palatasının bir komitəsi bir neçə gün əvvəl yaydığı bir hesabatda bildirib ki, Tramp hökumətinə yaxın bəzi rəsmilər bir sıra hökumət qurumlarının qarşı çıxmasına  baxmayaraq, Səudiyyə Ərəbistanına nüvə texnologiyasını satmağa cəhd göstərir.

 

Amerika Nümayəndələr Palatasının islah və nəzarət komitəsinin Demokratlar Partiyasından olan sədri Elijah E. Cummings, hazırladığı 24 səhifəlik hesabatda bildirib ki, ABŞ Konqresinin razılığı olmadan Amerikanın çox həssas nüvə texnologiyasının Səudiyyə Ərəbistanına satışı Birləşmiş Ştatların atom enerjisi ilə bağlı qanununu poza bilər.

 

Amerika Nümayəndələr Palatasının islah və nəzarət komitəsinin sədri Elijah Cummings (solda) və Jason E. Chaffetz

 

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar