İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif fevralın 19-da mediaya açıqlamasında Amerikanın BMT-nin ölkəsinə qarşı sanksiyalarını qaytaran “tətik müxanizmi”ndən vaz keçməsinə münasibət bildirib.
Gunaz.tv
O deyib ki, rəsmi Tehran Co Bayden hökumətinin ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrana qarşı qəbul etdiyi bəzi qərarlarını ləğv etməsini müsbət qarşılayır: “Biz, Amerikanın BMT-nin ölkəmizə qarşı sanksiyalarını qaytaran “tətik mexanizmi”ndən vaz keçməsini müsbət qarşılayır, bununla razıyıq. Lakin hesab edirik ki, nüvə razılaşmasının bərpası üçün və İranın nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün əvvəlcə ölkəmizə qarşı tətbiq edilən bütün sanksiyalar dərhal ləğv edilməlidir.
Bir daha bildiririk ki, Avropa və Amerika nüvə razılaşması çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yetirməyə başlayan kimi biz də sazişə əsasən üzərimizə götürdüyümüz öhdəliklərin icrasına qayıdacağıq”, İranın xarici ilər naziri Məhəmməd Cavad Zərib bəyan edib.
Xatırladaq ki, Amerika fevralın 18-də bəyanat yayaraq, 5+1 qrupunun İranla keçirəcəyi toplantıda iştirak etməyə hazır olduğunu bildirib.
Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays fevralın 18-də mediaya açıqlamasında deyib ki, Vaşinqton İranın nüvə probleminin diplomatik yollarla həll edilməsi məqsədilə 5+1 qurupunun İranla keçirmək istədiyi toplantıya qatılmaq üçün Avropa İttifaqının dəvətini qəbul edib.
Bunun ardınca, Amerikanın BMT-dəki müvəqqəti nümayəndəsi Təhlükəsizlik Şurasının 15 üvünə məktub yazaraq, Co Bayden hökumətinin keçmiş prezident Donald Tramp administrasiyasının BMT-nin İrana qarşı sanksiyalarının qaytarılması ilə bağlı tələbini geri götürdüyünü açıqlayıb.
Qeyd edək ki, Bayden hökuməti bundan əvvəl hər hansı bir yeni müzakirədən əvvəl İranın nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini, rəsmi Tehran isə yeni nüvə danışıqlarından əvvəl Amerikanın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməsini tələb etmişdi.
A.M