SON XƏBƏRLƏR

Zərif: “Avropa öhdəliklərinə əməl etməsə, 3-cü addımı atacağıq”

2021.10.20, 07:36
Zərif: “Avropa öhdəliklərinə əməl etməsə, 3-cü addımı atacağıq”

Gunaz.tv

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yenə də Avropa ölkələrini təhdid edib.

 

O bildirib ki, avropalılar üzərilərinə götürdükləri öhdəliklərə əməl etməsələr, İran öz nüvə öhdəliklərini azaltmaq istiqamətində 3-cü addımı atacaq.

 

Hərtərəfli Birgə Fəaliyyə Planı Komissiyasının son görüşünə də toxunan İran XİN-in rəhbəri ölkəsinin Avropanı öz öhdəliklərinə əməl etməyə, eləcə də xüsusi maliyyə planını reallaşdırmağa çağırdığını deyib.

 

Xatırladaq ki, İran mayın 8-də Avropaya möhlət verərək, 60 gün ərzində iqtisadi mənefeyinin təmin edilmədiyi təqdirdə, öz öhdəliklərini azaldacağını bəyan etmişdi. Beləliklə, vaxt bitdikdən sonra, iyulun 7-də İran daha uranın zənginləşdirilməsi, depolanması və ağır su ilə bağlı daha heç bir məhdudiyyətə əməl etməyəcəyini demişdi.  

 

İran tərəfinin dediklərinə görə, 3-cü addım uranın daha yüksək faizlə zənginləşdirilməsi və Ərak ağır su reaktorunun nüvə razılaşması imzalanandan öncəki vəziyyətinə qaytarılmasını əhatə edəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar