SON XƏBƏRLƏR

Zərif: “Avropa ölkələri öz vədlərinə əməl etməsələr, üçüncü addımımızı atacağıq”

2021.10.20, 07:36
Zərif: “Avropa ölkələri öz vədlərinə əməl etməsələr, üçüncü addımımızı atacağıq”

Gunaz.tv

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif sentyabrın 1-də parlamentin milli təhlükəsizlik komissiyasının iclasında çıxış edərək Avropa ölkələrini Tehrana verdikləri iqtisadi vədləri yerinə yetirməməkdə günahlandıraraq rəsmən xəbərdarlıq edib.

 

Zərif deyib ki, əgər Avropa ölkələri sentyabrn 5-nə qədər nüvə sazişi çərçivəsində İrana verdikləri iqtisadi vədlərə əməl etməsələr, İran sazişin şərtləri ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını azaltmaq üçün növbəti addımı atacaq: “Əgər qarşıdan gələn cümə axşamı gününə qədər avropalılar saziş çərçivəsində verdikləri bəzi vədlərə əməl etməsələr, biz onlara məsələ ilə əlaqədar məktub yazacaq, üçüncü addımımızı atacağıq. Avropalılar hazırda İranla ticari əlaqələrini tamamilə dayandırıblar. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, onlar öz üzərlərinə həqiqi öhdəlik götürməlidirlər” –deyə Məhəmmədcavad Zərif əlavə edib.

 

Xatırladaq ki, İran xarici işlər nazirinin müavini Abbas Əraqçi iki gün əvvəl jurnalistıərə açıqlamasında deyib ki, əgər Avropa ölkələri nüvə sazişinin şərtləri ilə bağlı İranın üzərinə götürdüyü öhdəliklərin tam icrasını istəyirlərsə, rəsmi Tehrana verdikləri iqtisadi vədləri yerinə yetirməli, İran neftinin satışını və onun pulunun ölkəyə qaytarılmasını təmin etməli, bank əməliyyatları ilə bağlı yaranan bütün maneələri aradan qaldırmalıdırlar.

 

İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi

 

Qeyd edək ki, rəsmi Tehran bundan əvvəl Avropanı nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə günahlandıraraq, öz öhdəliklərini azaltmaq istiqamətində müəyyən addımlar atıb, zənginləşdirilmiş uran ehtiyatının həcmini qanunsuz olaraq artırıb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar