SON XƏBƏRLƏR

Zərif: “Britaniya Nazənin Zağərinin azad edilməsi üçün bizə 400 milyon fund təklif etmişdi”

2021.10.20, 07:36
Zərif: “Britaniya Nazənin Zağərinin azad edilməsi üçün bizə 400 milyon fund təklif etmişdi”

Gunaz.tv

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Britaniya hökuməti rəsmi Tehrana Nazənin Zağərinin azad edilməsi qarşılığında 400 milyon fund sterlinq təklif edibmiş.

 

Zərif qeyd edib ki, bu təklif Britaniyada dondurulmuş İran pullarından 400 milyon fundunun ölkəyə qaytarılmasını nəzərdə tuturmuş.

 

Onun sözlərinə görə, təklif ilk dəfə Britaniyanın sabiq xarici işlər naziri Flip Hammond tərəfindən 2016-cı ildə tutduğu postu tərk etməsindən əvvəl irəli sürülüb.

 

Xatırladaq ki, sözügedən 400 milyon fund şah dövründə “Chieftain” tanklarını almaq üçün Britaniyaya ilkin ödəniş kimi verilmişdi. İnqilabdan sonra isə rəsmi London bu pulları dondurduğunu bəyan etmişdi.

 

Zərif əlavə edib ki, bu təklif qarşısında Nazənin Zağərinin azad edilməsi üçün məhkəməyə lazımi sənədləri təqdim etməyə hazır olub. Hətta təklif Boris Consonun XİN rəhbəri kimi fəaliyyət göstərdiyi dövrdə də qüvvədə olub. Lakin Ceremi Hant ölkənin Xarici Siyasət İdarəsinin rəhbəri təyin edildikdən sonra İranın Nazənin Zağərinin azadlığı qarşısında pul tələb etməsini “bac yığma” adlandırıb.

 

Zərif iddia edib ki, Hant baş nazir olmaq üçün bu mövzuda bu qədər sərt mövqe nümayiş etdirirdi.

 

İran XİN-in rəhbəri həmçinin xarici vətəndaşın həbsi zamanı ölkə məhkəməsinə müdaxilə etmək imkanının olduğunu deyib. O, ölkəsinin ikili vətəndaşlığı tanımadığını əsas gətirərək, xanım Zağərinin məhkəməsinə müdaxilə edə bilmədiyini deyib.

 

“Bu yaxınlarda Britaniyanın yeni xarici işlər naziri Dominik Rabla bu mövzunu müzakirə etdik. O, köhnə təklifi yenə irəli sürdü. Lakin mən ona o vaxt bu təklifi həyata keçirmədiklərini xatırlatdığımdam, nəticə əldə edilmədi”- deyə Zərif əlavə edib.

 

İran-Britaniya vətəndaşı olan və “Tomson Reuters Fondu”nda çalışan Nazənin Zağəri Ratklif 2015-ci ildə İrana səfərə gəldikdən sonra hava limanında çıxarkən azyaşlı qızı ilə birgə saxlanmışdı. O, “dövləti devirməyə cəhd” və “casusluq”da ittihamı edilib. Xanım Zağərinin özü, həyat yoldaşı və Britaniya hökuməti bu ittihamları saxta və əsassız adlandırıblar.

 

Digər tərəfdən, İran iki vətəndaşlığı olan və ya xarici vətəndaşları həbs edərək, onlardan digər dövlətlərlə siyasi sövdələşmələrdə girov kimi istifadə edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar