SON XƏBƏRLƏR

Zərif: “Bu sanksiya mənə və ailəmə heç bir təsir göstərə bilməyəcək”

2021.10.20, 07:36
Zərif: “Bu sanksiya mənə və ailəmə heç bir təsir göstərə bilməyəcək”

Gunaz.tv

GünazTV: İran xarici işlər naziri Məhəmmədcavad Zərif iyulun 31-i axşam saatlarında “Tvitter” səhifəsində paylaşdığı bir yazıda Amerika Maliyyə Nazirliyinin ona sanksiya qoymasına reaksiya verib.

 

Zərif deyib ki, o ölkəsini dünyada təmsil etdiyinə görə Amerikanın sanksiyasına məruz qalıb: “Amerika Birləşmiş Ştatlarının ona görə mənə sanksiya qoyub ki, “mən bütün dünyada İran hakimiyyətinin əsas sözçüsüyəm”. Sanksiyanın səbəbi budur. Görəsən doğrudanmı həqiqət bu qədər acı və ağrılıdır. Bu sanksiya mənə və ailəmə heç bir təsir göstərə bilməyəcək. Çünki mənim ölkə xaricində hər hansı bir əmlakım və mənafeyim yoxdur. Məni gündəminiz üçün ən böyük təhdid saydığınıza görə təşəkkürlər” –deyə Məhəmmədcavad Zərif əlavə edib.

 

Xatırladaq ki, Amerika Maliyyə Nazirliyi iyulun 31-də bəyanat yayaraq, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə sanksiya qoyduğunu bildirib. Zərifə sanksiya, prezident Donald Trampın 24 iyunda imzaladığı 13876 saylı fərmanına əsasən tətbiq edilib. Həmin fərmana əsasən İranın dini lideri Əli Xamneyiyə, onun işçilərinə və yaxın ətrafına, eləcə də “Sepah” terror təşkilatının 8 komandanına sanksiya qoyulub, onlara axan maliyyə vəsaitlərinin qarşısı alınıb.

 

Amerikanın maliyyə naziri Stiven Mnuçin deyib ki, Zərif istər birbaşa, istərsə də dolayısı yolla İranın dini lideri Əli Xamneyiyə işləyir, onu təmsil edir və göstərişlərini yerinə yetirir: “Zərif İran liderinin siyasətlərini icra edir. O bütün dünyada İran hakimiyyətinin sözçüsü sayılır. Bununla da Amerika İran rejiminə açıq bir mesaj göndərir. O da budur ki, İran hakimiyyətinin regionda sərgilədiyi son rəftar və əməlləri qəbuledilməzdir.

 

Amerikanın maliyyə naziri Stiven Mnuçin

 

İran rejimi öz vətəndaşlarının sosial şəbəkələrdən istifadə etməsini məhdudlaşdırdığı bir vaxtda, Məhəmmədcavad Zərif həmin ictimai şəbəkələrdən və mediadan istifadə edərək propaqanda aparmaqla və bu rejimin yalan təbliğat və iftiralarını yaymaqla məşğuldur. Bundan başqa, Zərif elə bir Xarici İşlər Nazirliyinin rəhbəridir ki, o bütün fəaliyyətini İran rejiminin ən şər qurumlarından olan “Sepah”ın “Qüds” qanadı ilə koordinasiya edir” –deyə Stiven Mnuçin bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar