SON XƏBƏRLƏR

Zərif: "İran Türkiyəyə koronavirusla mübarizədə hər cür kömək göstərməyə hazırdır"

2021.10.20, 07:36
Zərif: "İran Türkiyəyə koronavirusla mübarizədə hər cür kömək göstərməyə hazırdır"

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon əlaqəsi yaradıb.

 

O, danışıqlar zamanı rəsmi Tehranın Ankaraya koronavirusla mübarizə istiqamətində lazım olan hər cür köməyi etməyə hazır olduğunu bəyan edib.

 

Zərif həmçinin ölkəsinin Türkiyə ilə koronavirusla mübarizədə əməkdaşlıq etməyə də hazır olduğunu dilə gətirib.

 

Qeyd etmək lazımdır ki, İran koronavirusla mübarizə aparmağa yetərli qədər tibbi ləvazimatının və maddi vəsaitinin olmadığını iddia edərək, Amerika sanksiyalarının ləğv edilməsini, eləcə də beynəlxalq qurumlar tərəfindən bu ölkəyə yardım edilməsini istəyir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar