SON XƏBƏRLƏR

Zərif: “İranın raket və aerokosmik proqramını davam etdirəcək”

2021.10.20, 07:36
Zərif: “İranın raket və aerokosmik proqramını davam etdirəcək”

Gunaz.tv

GünAz TV: Bu sözləri İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif “Reuters” agentliyi ilə müsahibəsi zamanı deyib.

 

Hindistanda rəsmi səfərdə olan Zərif agentlik ilə müsahibəsi zamanı bildirib ki, “Amerikanın xəbərdarlıqlarına baxmayaraq, ölkəsi öz raket və aerokosmik proqramını davam etdirəcək”.

 

Onun sözlərinə görə, “İranın bu fəaliyyələrini qadağan edən heç bir beynəlxalq qanun mövcud olmadığına görə, ölkəsi bu proqramları davam etdirəcək”.

 

İran ilə 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasına da toxunan Zərif bildirib ki, bu razılaşmadan çıxmaq ölkəsində təklif edilən variantlardan biridir, amma masa üzərində olan tək seçim deyil.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar