Zərif: “İranla Çin arasında imzalanmış sənədin parlamentdən keçməsinə ehtiyac yoxdur”

2021-04-01 15:37

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif aprelin 1-də şəxsi İnstagram səhifəsində paylaşım edərək Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtrəfli Əməkdaşlıq Sənədi” nin mahiyyəti barədə qısaca məlumat yayıb.

Gunaz.tv Quote | Gunaz article

Zərif deyib ki, Tehranla Pekin arasında müxtəlif sahələrdə birgə əməkdaşlığını təmin edən imzalanmış sənədin ölkə parlamentindən keçməsinə ehtiyac yoxdur.


“Mən 18 ay əvvəl İranla Çin arasında 25 illik strateji əməkdaşlıq proqramının ilkin mətnini Çin tərəfinə təklif edən və həmin müddətdə danışıqlara başçılıq edən və ötən şənbə günü isə hökumətin razılığı ilə bu sənədə qol çəkən bir şəxs kimi bu sənədin bəzi detalları barədə qısaca izahat verməyi lazım bilirəm. 


İmzalanmış sənəd, iki ölkənin qarşlıqlı ehtiram və ortaq regional mənafeyinin təmin olunması çərçivəsində müxtəlif sahələrdə, o cümlədən də ticarət, iqtisadi, siyasi, mədəni, hərbi, təhlükəsizlik və digər sahələrdə 25 illik birgə əməkdaşlığının təmin olunmasını nəzərdə tutur.


Sənəddə həmçinin iki ölkənin regional və beynəlxalq arenada bir çox sahələrdə birgə əməkdaşlığının genişləndirilməsini, müdafiə infrastrukturlarının gücləndirilməsini və terrorizmə qarşı birgə mübarizəni əsas hədəflərdən biri kimi nəzərdə tutulur. 


Bundan başqa sənəddə iki ölkənin kommunikasiya, tenologiya, səhiyyə, bank, elm, maliyyə, gömrük, yolların çəkilməsi, azad ticarət zonaların inkişafı, limanların yenidən tikintisi, neft və qeyri-neft sektorunda, eləcə də media, turizm və digər bu kimi sahələrdə uzunmüddətli əməkdaşlığına təkid edilir. 


İki ölkə arasında imzalanmış bu sənəd müqavilə və ya memorandum deyil. Bu sənəd İranın heç bir məntəqəsini Çinin ixtiyarına buraxmır və heç bir sahədə qarşı tərəfə inhisarçılıq haqqı tanımır. 


Bu sənədin imzalanması heç bir ölkənin daxili işlərinə qarışmaq və ya üçüncü bir ölkəyə qarşı çıxmaq anlamında deyil”, -deyə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu gün şəxsi İnstagram səhifəsindəTehranla Pekin arasında imzalanmış 25 illik “Hərtrəfli Əməkdaşlıq Sənədi” nin mahiyyəti ilə bağlı etdiyi paylaşımında bildirib. 


Xatırladaq ki, martın 27-də Tehranda İranla Çin arasında müxtəlif sahələrdə 25 illik mükəmməl və “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb.

İranla Çin arasında 25 illik ŞOK RAZILAŞMA - yeniinfo.com

Sənədi Çin xarici işlər naziri Vang Yi və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən imzalanıb.


İranın “dini lider”i Əli Xamneyinin razılığı və birbaşa göstərişi ilə imzalanan sənədin mətni xalqdan və mediadan gizlin saxlanılsa da, Tehran rejiminin müxtəlif sahələrdə Pekinə birtərəfli olaraq çoxlu imtiyazlar verdiyi və İranın tədricən Çin müstəmləkəsinə çevrildiyi barədə xəbərlər yayılır.  

İranla Çin arasında ticari dövriyyə 35% azalıb

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Rüstəm Muradov Xankəndində parad keçirəsi olmadı, mitinq keçirdi

2021-05-09

gun az article

Türkiyədən PKK-ya növbəti zərbə

2021-05-09

gun az article

Rusiyada nazir itkin düşdü

2021-05-09

gun az article

Fransada iğtişaş: 3 polis xəsarət aldı

2021-05-09

gun az article

ABŞ və Ukrayna birgə təlimə başladı

2021-05-09

gun az article

Qarabağda abidələrin pasportlaşdırılmasına başlanılıb - VİDEO

2021-05-09

gun az article

Ombudsman: Dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir

2021-05-09

gun az article

Azərbaycanda son sutkada 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub

2021-05-09

gun az article

İranda koronavirusdan daha 386 nəfər ölüb, 14 141 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-09

gun az article

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun abidəsini ziyarət edib

2021-05-09

gun az article

Şuşada Faşizm üzərində Qələbə Günü qeyd olunub

2021-05-09

gun az article

Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib

2021-05-09

gun az article

Ərdoğan: “Türkiyənin təhlükəsizliyini pozmağa çalışan xain əllər kökündən kəsiləcək”

2021-05-09

gun az article

Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə veteranları təbrik edib

2021-05-09

gun az article

Sadıq Xan yenidən Londonun meri seçilib

2021-05-09

gun az article

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnvestisiya Holdinqinə verildi

2021-05-08

gun az article

Şuşada yeni məktəb tikiləcək

2021-05-08

gun az article

Müdafiə Nazirliyindən Şuşa şəhəri ilə bağlı VİDEO

2021-05-08

gun az article

Müsavatın bir qrup üzvü Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyib

2021-05-08

gun az article

Azərbaycanda bir gündə 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub

2021-05-08