SON XƏBƏRLƏR

Zərif: “İranla qısa müddətli bir müharibə xülyadan başqa bir şey deyil”

2021.10.20, 07:36
Zərif: “İranla qısa müddətli bir müharibə xülyadan başqa bir şey deyil”

Gunaz.tv

GünazTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif iyunun 27-də “Twitter” səhifəsində yazdığı bir statusda Amerika prezidentinin iki gün əvvəl İranla mümkün müharibənin məhdud olacağı ilə bağlı səsləndirdiyi bəyanatına reaksiya verib.

 

Zərif deyib ki, iki ölkə arasında olan anlaşılmazlıqlar sülhə qarşı təhlükə yaradır: “İranla savaşın qısa müddətli olacağı barədəki təsəvvürlər xülyadan başqa bir şey deyil. Çünki müharibəni başlayan şəxs, onu dayandıran tərəf olmayacaq. Hesab edirik ki, müzakirə və təhdid bir-birinə uyğun gəlmir. Bundan başqa, İranı məhv etmək soyqırım və hərbi cinayət törətmək deməkdir. Bizə qarşı tətbiq edilən sanksiyalar isə müharibənin alternativi yox, savaşın özüdür” –deyə Məhəmmədcavad Zərif vurğulayıb.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyunun 26-da Yaponiyaya səfəri ərəfəsində “Fox News” telekanalına müsahibəsində İranla Amerika arasında mümkün savaşdan və Vaşinqtonun Tehranla yeni saziş imzalamaq istəməsindən danışıb: “Ümid edirik ki, müharibə heç vaxt olmayacaq. Lakin İranın hansısa bir səhv addımı nəticəsində savaş baş verəcəyi təqdirdə biz çox güclü bir mövqedən çıxış edəcəyik. Əgər biz İrana hücum etmək məcburiyyətində qalsaq, Amerika ordusunun quru qüvvələri İran ərazisinə daxil olmayacaq. Bir sözlə, İrana quru qoşun yeridilməyəcək və əsgərlərimiz İran torpağına ayaq basmayacaqlar. Həm də düşünürəm ki, aramızda baş verə biləcək hər hansı bir savaş qısa müddətli olacaq və çox da uzanmayacaq” –deyə Tramp əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar