SON XƏBƏRLƏR

Zərif: “Kanadanın kompensasiya tələbinin heç bir hüquqi əsası yoxdur”

2021.10.20, 07:36
Zərif: “Kanadanın kompensasiya tələbinin heç bir hüquqi əsası yoxdur”

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulmasına görə Kanadanın rəsmi Tehrana qarşı şikayətini “əsassız” adlandırıb.

 

“Bu şikayətin heç bir əsası yoxdur. İslam Respublikası beynəlxalq hüquq normaları əsasında lazım olan bütün addımları atacaq”, - deyə Zərif bildirib.

 

İran XİN-in rəhbəri bu xüsusda detalları açıqlamayıb.

 

Kanadalı vəkillər hadisə qurbanlarının yaxınlarının nümayəndələri olaraq, İrandan təyyarənin vurulmasına görə 1.1 milyard Amerika Birləşmiş Ştatları dolları dəyərində kompensasiya almaq üçün Kanada məhkəməsinə müraciət ediblər. Onlar bu təzminatın “Sepah”ın vurduğu həmin təyyarədə ölən, Kanada- İran vətəndaşlığı olan 57 nəfərin ailəsinə veriləcəyini bəyan ediblər.

 

Xatırladaq ki, "Sepah" terror təşkilatının yanvarın 8-də vurduğu Ukrayna hava yollarına məxsus təyyarənin göyərtəsində olan 176 sərnişinin hamısı ölmüşdü. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar