SON XƏBƏRLƏR

Zərif Nazənin Zağərinin azadlığı üçün təklif etdiyi məhbus mübadiləsindən geri çəkilib- FOTOLAR

2021.10.20, 07:36
Zərif Nazənin Zağərinin azadlığı üçün təklif etdiyi məhbus mübadiləsindən geri çəkilib- FOTOLAR

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif aprelin 25-də Nyu-Yorkda etdiyi çıxışda ölkəsinin məhkum mübadiləsinə hazır olduğunu bildirmişdi.

 

Zərif çıxışı zamanı Avstraliyada məhkumluq həyatı yaşayan iranlı Nigar Qüddüs adlı qadın ilə İranda 2016-cı ildə həbs edilmiş İngiltərə- İran vətəndaşlığı olan Nazənin Zağərinin mübadilə edilməsinin mümkün olduğunu desə də, sonradan bu sözlərini danıb. Belə ki, o, elə həmin gün “Reuters” agenliyinə verdiyi müsahibədə öz dediklərindən geri çəkilib və bu təklifi yalnız Amerikaya etdiyini bildirib.

 

Zərifin sözlərinə görə, Nazənin Zağərinin məsələsi “xüsusi cinayət işi”dir.

 

“Mənim etdiyim təklif istər Amerikada, istərsə də dünyanın digər ölkələrində rəsmi Vaşinqtonun tələbi əsasında həbs olunmuş məhkumların mübadiləsini nəzərdə tuturdu. İngiltərə- İran vətəndaşlığı olan xanımın cinayət işi başqa məsələdir”- deyə İran xarici siyasət idarəsinin başçısı əlavə edib.

 

Məsələyə münasibət bildirən İngiltərə Xarici İşlər Naziri Ceremi Hant mümkün məhkum mübadiləsi ilə bağlı İrandan heç bir müraciət almadıqlarını deyib.

 

O, Zərifin Nazənin Zağərini Avstraliyada həbs edilmiş iranlı qadınla dəyişdirmək təklifini kəskin tənqid edərək, İranın günahsız insanları həbs edib, sonra onlardan müxtəlif siyasi sövdələşmələrdə təzyiq vasitəsi kimi istifadə etdiyini əlavə edib.

 Ceremi Hant

“Bizim Nazənin Zağərinin cinayət işində unutmamalı olduğumuz məsələ var. İranın həbs etdiyi ikili vətəndaşlığı olan günahsız insan yalnız Nazənin Zağəri deyil. Digər məhkumların ailələri sadəcə məsələni ictimailəşdirməkdən ehtiyat edirlər. Ümid edirəm ki, bu məsələnin sonu təkcə Nazənin Zağərinin azad olunması ilə deyil, İranın bu çirkin siyasətinin bitməsi ilə nəticələnəcək”- deyə İngiltərə XİN-in başçısı vurğulayıb.

Nazənin Zağəri və qızı Qabriella

İngiltərə və İran vətəndaşlığı olan Nazənin Zağəri Ratklif öz 21 aylıq qızı Qabriella ilə qohumlarını görmək üçün İrana səfər etdikdən sonra Londona qayıdarkən, 2016-cı ilin aprelin 3-də Tehran hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ona qarşı “casusluq”, “siyasi sistemi devirməyə cəhd” və digər bu qəbildən olan ittihamlar irəli sürülüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar