Zərif Nyu-Yorkda: “Mənə Amerika vizası Pompeonun razılığı ilə verilib”

15.07.2019, 09:39

GünazTV: İyulun 14-də BMT-nin ictimai-iqtisadi şurasının iclasına qatılmaq üçün Nyu-Yorka səfər edən İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında Amerika vizasından danışıb.

 

Zərif, öz açıqlamasında ona BMT iclasına qatılmaq üçün dövlət katibi Mayk Pompeonun şəxsi təşəbbüsü ilə Amerika vizası verildiyi barədə yayılan məlumatları təsdiq edib: “Mənə BMT iclasına qatılmaq üçün Amerika vizası Pompeonun razılığı ilə verilib” –deyə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif vurğulayıb.

 

“Röyters” agentliyinin Amerika hökumətindəki iki mənbəyə istinadən yaydığı məlumatında bildirilir ki, əgər Pompeo Zərifə viza verilməsinə qarşı çıxsaydı, bu Amerika Bİrləşmiş Ştatlarının İrana qarşı təzyiqləri gücləndirmək, onu dünyadan daha təcrid etmək və Vaşinqtonun rəsmi Tehranla bütün diplomatik yolları bağlamaq niyyətində olduğu kimi başa düşülə bilərdi. Məhz bu səbəbə görə də Pompeo Zərifə viza vermək qərarına gəlib” –deyə “Röyters” agentliyi əlavə edib.

 

Xatırladaq ki, prezident Tramp iyunun 24-də “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq, İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, yeni sanksiyalar Xamneyinin özünə, onun işçilərinə və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq. Yeni sanksiyalara həmçinin “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib.

 

Amerika prezidenti Donald Tramp

 

Həmin vaxt Amerikanın maliyyə naziri Stiven Mnuçin jurnalistlərə açıqlamasında yaxın günlərdə İranın xarici işlər naziri Məhəmmədcavad Zərifə də sanksiya qoyulacağını bildirsə də, “Röyters” agentliyi iyulun 12-də Amerika hökumətindəki mənbələrə istinadən Vaşinqtonun hələlik bu addımdan vaz keçdiyi barədə məlumat yayıb.

 

Amerikanın maliyyə naziri Stiven Mnuçin

 

Qeyd edək ki, İrandakı siyasi və iqtisadi ekspertlərin, eləcə də beynəlxalq araşdırma mərkəzlərinin  bildirdiyinə görə, Əli Xamneyinin və onun başçılıq etdiyi qurumların dünyanın müxtəlif ölkələrində başqa-başqa adlarla yatırdığı sərmayənin ümumi məbləği 200 milyard dollar civarındadır.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02

gun az article

“Körpü” proqramında müzakirə: “Güney Azərbaycan Milli Hərəkatı və məsələlər”-VİDEO

2022-07-02

gun az article

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022-07-02

gun az article

Bəzz qalasında milli mərasimlər keçirilir-VİDEO

2022-07-01

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-07-01

gun az article

Şərqi Azərbaycanda iqlim dəyişikliyi-Yağıntılar 43 mm azalıb

2022-07-01

gun az article

Kəleybərə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

2022-07-01

gun az article

Ərdəbildə mühüm tikinti layihələri yarımçıq qalıb: Büdcə ayrılmır

2022-07-01

gun az article

Təbriz metrosunda yeni stansiyaların tikintisi yarımçıq qalıb

2022-07-01

gun az article

Güneyli idmançılar Cənubi Koreyada iki medal qazanıb

2022-07-01

gun az article

Həmədanda vacib layihə 18 ildir yarımçıq qalıb

2022-07-01

gun az article

Xalxalda narkomaniya geniş yayılıb

2022-07-01

gun az article

Şərqi Azərbaycan və Tatarıstan arasında əlaqələr genişlənir

2022-07-01

gun az article

Ərdəbilin yüzlərlə kəndində su çatışmazlığı var

2022-07-01

gun az article

Bəzz yürüşünə hazırlaşan milli fəallara təzyiq edilir

2022-07-01