Zərif: “Prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm”

2021-05-12 12:48

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün “İnstagram” sosial şəbəkəsində paylaşım edərək prezidentliyə namizədliyini irəli sürmək fikrində olmadığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Zərif deyib ki, o, ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməmək barədə çoxlu düşünsə də, axırda bir sıra mülahizələrə görə pezidentliyə namizədliyini irəli sürməyin məqsədə uyğun olmadığı qənaətinə gəlib.

 
“Mən prezidentliyə namizədliyimi irəli sürməyəcəyəm. Son günlər isə məni prezidentliyə namizədliyimi irəli sürməyə təşviq edən bütün qruplar, şəxslər və şəxsiyyətlərə öz təşəkkürümü bildirir, onların bu istəyini yerinə yetirə bilmədiyim üçün xəcalət çəkirəm”, -deyə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “İnstagram” şəbəkəsində etdiyi paylaşımında bildirib. 


Son günlər Zərifin mart ayında İranın prezident aparatının strateji araşdırmalar mərkəzində ölkənin daxili və xarici siyasəti və İranın xarici siyasətinin tamamilə “Sepah”ın “Qüds” briqadası tərəfindən təyin edilməsi ilə bağlı verdiyi gizli müsahibəsinin səs yazısının ETTELLAT Nazirliyindən oğurlanaraq mediaya sızdırılması, hakimiyyətdə və ölkənin siyasi dairələrində ciddi qalmaqala səbəb olub. 


Həmin səs yazısında, Zərif “Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin ölkənin xarici siyasətinə müdaxiləsindən və İranın xarici diplomatiyasının onun Suriyadakı militarist hərəkətlərinə qurban getməsindən gileynərək, Qasım Süleymaninin Rusiya prezidenti ilə sıx əməkdaşlığından və onun Suriyada savaşında Vladimir Putinin iradəsi və istəyi ilə hərəkət etməsinə eyham vurur.


Sözü gedən səs yazısının mediaya sızdırılmasından sonra Zərif hakimiyyətdə təmsil olunan radikal cərəyanların ağır təzyiqinə məruz qalıb, İran Məhkəmə Sistemində barəsində cinayət işi açılıb. Məhz bu olaydan sonra zərif, prezidentliyə namizədliyini irəli sürəcəyi təqdirdə seçkilərdə qalib gəlmək şansını həmişəlik itirib. 


Namizədliyini irəli sürənlər arasında İran parlamentinin bir sıra keçmiş deputatları, “Sepah”ın keçmiş komandirləri və digər yüksək səviyyəli vəzifələrdə çalışmış şəxslər, o cümlədən də Möhsün Rzayi, Məhəmməd Rza Arif, Sadıq Xərrazi, Məhəmməd Qərəzi, Məsud Pezeşkiyan, Mustafa Taczadə, Əli Mütəhhəri, keçmiş prezident Mahmud Əhmədinejad və başqalarının adları var.


Bundan başqa, 1986-cı ildə İran zindanlarında saxlanılan siyasi məhbusların kütləvi edamında birbaşa rolu olan və məşhur  “Ölüm heyəti”nin əsas üzvlərindən biri olan İran Məhkəmə Sisyeminin hazırkı rəhbəri İbrahim Rəisi, İranın birinci vitse-prezidenti İshaq Cahangir, İran parlamentinin keçmiş sədri Əli Laricani və daha bir neçə tanınmış şəxsin prezidentliyə namizədliyini irəli sürəcəyi barədə fikirlər səsləndirilir. 


Xatırladaq ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-nə keçiriləcək. 

واکنش ظریف به سخنان رهبر انقلاب: بسیار متاسفم - ایسنا

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24

gun az article

“The Jerusalem Post” qəzeti: “İranın Atom Enerjisi Təşkilatının binasına qarşı hücum böyük ziyana səbəb olub”

2021-06-24

gun az article

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

2021-06-24

gun az article

"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24

gun az article

"Rusiya İrana silah satmağa hazırdır"-Səfir

2021-06-24

gun az article

Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

2021-06-24