Zərif: “Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinə hücum axmaqlıq yox, xəyanət idi”

2017-05-05 12:20

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, mayın 4-də Beynəlxalq Əlaqələr Universitetində çıxış edərək Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginliyindən və Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə edilən hücumdan danışıb.

 

İki qonşu ölkə arasındakı münasibətlərin soyuqluğuna toxunan Zərif bildirib ki, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücum, çox səhv bir addım olub: “Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinə hücum, axmaqlıq yox, xəyanət idi. Səfirliyə hücum edilən gün, bizim Ali Milli Təhlükəsizlik Şurasında iclasımız var idi. İclasda yekdilliklə belə bir qənaətə gəlmişdik ki, əgər Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinə hücum edilsə, Ər-Riyadın İrana qarşı yeni bir şər addım atması üçün əlinə bəhanə düşəcək. Təəssüflər olsun ki, belə də oldu və hadislərin gedişatı və onun düzgün məcraya yönləndirilməsi əvvəlcədən yaxşı idarə olunmadı. Elə buna görə də hesab edirəm ki, bu kimi hallarda vəziyyəti necə dəyərləndirib, düzgün bir addım atmaq mühüm məsələdir.

 

Sizi əmin edirəm ki, əgər bu axmaq addım atılmasaydı, və ya şəxsi fikrimə görə bu tarixi xəyanət baş verməsəydi, indi ölkələrimiz arasındakı vəziyyət və şərait tam başqa cür olardı”.

 

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanı hökuməti, bu ölkədə terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri  edam edib. Buna cavab olaraq, həmin günün axşam saatlarında Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsari Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vuraraq içindəki əşyaları yağmalayıblar. Eyni hadisə Məşhəddə də yaşanıb. Yanvarın 3-də isə Səudiyyə Ərəbistanı baş vermiş olaya etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

2021-06-21

gun az article

Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

2021-06-21

gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21