SON XƏBƏRLƏR

Zərif Trampla Ruhaninin görüşmə ehtimalını “mümkünsüz” adlandırıb

2021.10.20, 07:36
Zərif Trampla Ruhaninin görüşmə ehtimalını “mümkünsüz” adlandırıb

Gunaz.tv

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika prezidenti Donald Trampla Həsən Ruhaninin görüşmə ehtimalını “təsəvvür edilməz” adlandırıb.

 

Zərifin sözlərinə görə, hətta ABŞ yenidən nüvə razılaşmasına “qayıtsa”, iki tərəf arasında nüvə ilə əlaqəli məsələlər istisna olmaqla, birbaşa müzakirələr aparılmayacaq.

 

O, həmçinin Biarrits şəhərində keçirilən G-7 toplantısında da Amerikanın yenidən 5+1 formatına qayıtmadığı təqdirdə, Ruhani ilə Trampın görüşünün “qeyri-mümkün” olduğunu bildirib:

 

“Hətta Amerika yenidən nüvə razılaşmasına qayıtsa belə, Tehranla Vaşinqton arasında ikitərəfli müzakirələrin aparılmayacağını dedim”- deyə İran XİN-in rəhbəri əlavə edib.

 

Fransa prezidenti Emmanuel Makronun bu xüsusda söylədiyi fikirlərlə bağlı Zərif bildirib ki, “o, öz şəxsi fikirlərini ifadə edir”.

 

Qeyd etmək lazımdır ki, Makron öz amerikalı həmkarı Donald Trampla birgə keçirdiyi mətbuat konfransı zamanı İranın nüvə silahı əldə etməməli olduğunu demişdi. Konfrans zamanı Tramp Ruhani ilə görüşməyə hazır olduğunu bəyan etmişdi.

 

Zərif sonda vurğulayıb ki, İran neft sata bilsə, nüvə razılaşmasında üzərinə götürdüyü bütün öhdəliklərə əməl edəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar