SON XƏBƏRLƏR

Zərifdən etiraf: “Ölkədə trilyonlarla tümən pul yuyulur”

2021.10.20, 07:36
Zərifdən etiraf: “Ölkədə trilyonlarla tümən pul yuyulur”

Gunaz.tv

GünAz TV: İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ötən gün Milli Məclisin plenar iclasında ölkədə bəzi dairələrin böyük məbləğdə pul yuma əməliyyatı həyata keçirildiyini deyib.

 

O qeyd edib ki, ötən il bu barədə səsləndirdiyi və bir qrup siyasətçinin etirazına səbəb olan fikirlər təkcə öz sözləri deyil, əksər rəsmilər də bu cür düşünür.

 

Zərif həmçinin bildirib ki, “şəxsi mənafeləri olan müəyyən təzyiq qrupları” İranın Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması ilə Mübarizə üzrə Konvensiyalarına qoşulmasında maraqlı deyillər.

 

 “Mən həmin çıxışımda İran İslam Respulikasında pul yuma işlərilə məşğul olub, ciblərini doldurmaq və müxtəlif dairələrə həmin pullarla təsir göstərən təzyiq qruplarının mövcud olduğunu demişəm. Əgər bu işlə trilyonlarla tümən əldə edən həmin qruplaşmalar olmasaydı, məhkəmə sistemi və dövlətin pul yumaya dair 60 səhifəlik nizamnamə hazırlamasına ehtiyac qalmazdı”- deyə nazir ötən il böyük qalmaqala səbəb olmuş sözlərini əsaslandırarkən vurğulayıb.

 

Zərif bu xüsusda qızıl, valyuta və digər sahələrdə fəaliyyət göstərən və hazırda məhkəmə prosesləri davam edən qruplaşmaları sadalayıb.

 

O, deputatlara xitabən soruşub ki, “əgər ölkədə bu cür qanunsuz fəaliyyətlər mövcud deyilsə, onda qızıl sultanı adlanan cinayətkarı niyə edam etdiniz?”.

 

Xatırladaq ki, Zərif ötən il yerli xəbər agentliklərindən biri ilə müsahibəsi zamanı İranın Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması ilə Mübarizə üzrə Konvensiyalarına qoşulması qarşı çıxan və bunun əleyhinə təbliğ aparanların özlərinin bu cür fəaliyyətlərlə məşğul olan və bundan trilyonlarla tümən gəlir qazanan rəsmilərin və bəzi dairələrin olduğunu bildirmişdi. Onun bu sözləri ölkə siyasi elitası arasında ciddi qalmaqala səbəb olmuşdu.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar