SON XƏBƏRLƏR

Zərifdən iddia: “Amerikanın siyasi cəhətdən təcrid etmişik, növbə iqtisadi təcridindir”

2021.10.20, 07:36
Zərifdən iddia: “Amerikanın siyasi cəhətdən təcrid etmişik, növbə iqtisadi təcridindir”

Gunaz.tv

GünAz TV: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ölkəyə bağlı ərəbdilli “Əl-Məyadin” kanalına verdiyi müsahibə zamanı gülünc iddialar səsləndirib.

 

O bildirib ki, ölkəsi diplomatiya sayəsində “Amerikanın siyasi cəhətdən təcrid olmasına” nail olub. XİN rəhbəri əlavə edib ki, növbəti mərhələdə “Amerika iqtisadi baxımdan da təcrid olacaq”.

 

Zərif Amerikanı “təcrid” etdiklərini iddia etməsinə baxmayaraq, Vaşinqtonun rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyaları yenidən tənqid edib, bunun yaratdığı çətinliklərdən danışıb.

 

İngiltərə ilə tanker ətrafında yaşanan gərginliyə də toxunan Zərif Suriyaya neft daşıyan bu gəminin Avropa İttifaqının Əsəd rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozmadığını deyib.

 

Qeyd etmək lazımdır ki, bundan öncə iranlı rəsmilər tankerin nefti Suriyaya aparmadığını bildirirdilər.

 

Zərifin dediklərinin əksinə olaraq, Amerika qəbul etdiyi sanksiyalar nəticəsində İran həm siyasi, həm də iqtisadi baxımdan təcrid olunub. Belə ki, İranın dövlət gəlirlərinin əsasını təşkil edən neft və qaz sektoruna qarşı qəbul edilən sanksiyalara İran neftinin müştərisi olan bütün ölkələr riayət edir. Bunun nəticəsində də bu ölkənin günlük neft ixracı 250 min bareldən aşağı düşüb.

 

Digər tərəfdən Beynəlxalq Valyuta Fondu kimi qurumların proznozlarına əsasən, İran iqtisadiyyatı mənfi 6% geriləmə ilə cari ildə dünya ölkələri içərisində ən çox kiçiləcək iqtisadiyyatlardan biri olacaq.

 

Neft gəlirlərinin azalması təkcə yaz ayları ərzində ölkə büdcəsində 4 milyard dollardan çox kəsr yaranmasına səbəb olub. İranlı rəsmilər daxilolmaların kəskin şəkildə azalmasına görə,  büdcə xərclərini azaltmaqla bağlı təklif irəli sürüblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar