SON XƏBƏRLƏR

Zərifin istefasına Əsədin səfərinin səbəb olduğu iddia olunur

2021.10.20, 07:36
Zərifin istefasına Əsədin səfərinin səbəb olduğu iddia olunur

Gunaz.tv

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Suriyadakı rejimin lideri Bəşər Əsədin Tehrana etdiyi səfər səbəbiylə istefa verdiyi iddia olunur.

 

İranın "Entekhab" saytının xəbərinə görə, Cavad Zərif sayt müxbirin sualına qısa mesajla verdiyi cavabda deyib ki, "Bu gün keçirilən görüşlərdəki fotoşəkillərdən sonra Cavad Zərifin xarici işlər naziri olaraq artıq dünyada etibarı yoxdur".

 

ISNA agentliyinin xəbərində də Zərifin mesajında Suriyadakı rejimin lideri Bəşər Əsədin dünən İranın dini lideri Əli Xamneyi və ölkə başçısı Həsən Ruhani ilə etdiyi görüşləri nəzərdə tutduğu deyilib.

 

İran parlamentinin üzvü Əli Rza Rəhimi də etdiyi açıqlamada Zərifin istefa qərarına reaksiya verərək, bunları qeyd edib: “İkinci bir Zərif yoxdur. Onun yerinə gələcək adam ya zərər verici idarəçiliyə itaət edəcək, ya da inqilab adına bir çox nailiyyəti yox edəcək. Əgər Zərifin istefası dəqiqləşsə, bu içəridəki müxaliflərin xəncərinin təsirli olduğu mənasını verəcək”.

 

Zərifin qatılmadığı görüşdən əks olunan fotoşəkil kadrlarda "SEPAH"-ın "Qüds Briqadası"-nın komandanı Qasım Süleymaninin görülməsi də diqqət çəkən məqamlardan biri olub.

 

 R.X

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar