SON XƏBƏRLƏR

Zərifin yalanı üzə çıxdı. “Sepah”a yaxın saytlar: “İmam Xomeyni deyib ki, İsrail yer üzündən silinməlidir”

2021.10.20, 07:36
Zərifin yalanı üzə çıxdı. “Sepah”a yaxın saytlar: “İmam Xomeyni deyib ki, İsrail yer üzündən silinməlidir”

Gunaz.tv

GünAzTV: İranın xarici işlər naziri Məhəmmədcavad Zərif, Fransanın həftəlik “Lopoen” qəzetinə müsahibəsində islam respublikasının İsraili məhv etmək niyyətində olmadığını bildirdiyinə görə, “Sepah”a bağlı saytlar, siyasi cərəyanlar və vəzifəli şəxslər tərəfindən kəskin qınanıb.

 

Zərifə qarşı etirazlar, onun “Lopoen” qəzetinin müxbirinə açıqlamasından iki gün sonraya təsadüf edib.

 

“Sepah”a bağlı “Fars” agentliyi dekabrın 24-də Zərifin İranın İsraili məhv etmək istəmədiyi ilə bağlı açıqlamasını tənqid edərək, İranın keçmiş dini lideri axund Ruhullah Xomeyninin İsraillə bağlı çıxışlarından ibarət bir video-çarx yayıb. Həmin video-çarxda, Xomeyninin hətta islam respublikasının qələbə çalmasından əvvəl, Fransada sürgündə yaşadığı vaxtlarda İsailin məhv olunmasının tərəfdarı olduğunu göstərir.

 

İran hakimiyyətindəki radikal mühafizəkarlar isə, öz saytlarında Xomeyninin və digər İran rəsmilərinin “İsrailə ölüm” şüarını əks etdirən və İran raketlərinin üzərində həmin şüarın yazıldığını göstərən video görüntülər yayıblar.

 

Həmçinin, radikal mövqeyi və görüşləri ilə tanınan İran Ali Mədəni İnqilab Şurasının üzvü Həsən Rəhimpur Əzqədi, dekabrın 24-də “Sepah”a yaxın “Tasnim” saytına açıqlamasında Zərifin İsraillə bağlı dediklərini pisləyərək təkzib edib: “Bu sözlərin hamısı yalandır və təhrif olunub. “İmam (Xomeyni) deyib ki, İsrail məhv olunmalı və yer üzündən silinməlidir”.

 

Ali Mədəni İnqilab Şurasının üzvü Həsən Rəhimpur Əzqədi

 

Xatırladaq ki, dekabrın 22-də Fransanın “Lopoen” qəzetinə müsahibə verən Zərif, ölkə rəsmilərinin son 40 il ərzində İsrailin məhvi ilə bağlı rəsmi tribunalardan açıq-aşkar səsləndirdikləri bəyanat və çağırışları təkzib edib.

 

Zərifin açıqlaması, Benyamin Netanyahunun ölkəsinin varlığı İran tərəfindən təhdid edilərsə, İrana hücum edəcəkləri və müəyyən hədəflərə hava zərbələri endirəcəkləri ilə bağlı səsləndirdiyi bəyanatından 11 gün sonraya təsadüf edib.

 

Zərif, Lopoen müxbirinin İran rəhbərlərinin “İsrail yer üzündən silinməlidir” şüarı ilə bağlı verdiyi sualı cavablandıraraq, bunları deyib: “Biz heç vaxt deməmişik ki, İsraili məhv etmək istəyirik. Bu cümləni vaxtilə ayətullah Xomeyni işlətmişdi. Bununla da o demək istəmişdi ki, əgər İsrail mövcud siyasətini davam etdirsə, onu belə bir tale gözləyir və o, sonunda yürütdüyü həmin siyasətinə görə öz-özünə məhv olub yer üzündən silinəcək. Lakin Xomeyni deməmişdi ki, İsraili məhv etmək niyyətindədir. Siz, bizlərdən bir nəfər tapıb göstərin ki, ağzından belə bir söz çıxmış olsun. Bizdən heç kəs belə bir söz deməyib”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar