SON XƏBƏRLƏR

Üzeyir bəy Hacıbəylinin anım günüdür: Dahi bəstəkarın vəfatından 73 il ötür

2021.11.23, 10:33
Üzeyir bəy Hacıbəylinin anım günüdür: Dahi bəstəkarın vəfatından 73 il ötür

Gunaz.tv

Müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi 1948-ci ildə Bakıda vəfat edib.

Görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin banisi, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Dövlət Konservatoriyasının rektoru Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ildə Şuşa yaxınlığındakı Ağcabədi kəndində mirzə ailəsində doğulub və bir aydan sonra onun ailəsi Şuşaya köçüb. 

İlk təhsilini Şuşadakı iki sinifli rus-türk məktəbində alıb. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. 

Burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib, skripka və baritonda çalmağı öyrənib, xalq mahnı nümunələrini nota köçürüb. Seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. 

Hacıbəyli Üzeyir - Uşaq Bilik Portalı

Üzeyir bəy Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs deyb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında gizli imzalarla felyeton və satirik miniatürlər dərc etdirib.

Hacıbəyovlinin 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" muğam operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Ü.Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" ,"Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu" ,"Əsli və Kərəm","Harun və Leyla" operalarını yazıb. Ü.Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub və burada "Arşın mal alan" musiqili komediyasını yazıb. 

cjPxOdq.jpg

Azərbaycan musiqi sənətinin inkişafında və dünyada tanınmasında misilsiz xidməti olan Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də dünyasını dəyişib və Bakıda dəfn olunub. Məzarı Fəxri Xiyabandadır.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar