SON XƏBƏRLƏR

“Zeytun budağı” əməliyyatında öldürülən terrorçuların sayı 1551-ə çatıb

2021.10.20, 07:36
“Zeytun budağı” əməliyyatında öldürülən terrorçuların sayı 1551-ə çatıb

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 1551-ə çatıb.

 

Türkiyə mətbuatının yaydığı məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

 

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-dən başlatdığı "Zeytun budağı” əməliyyatının məqsədi qardaş ölkə üçün təhdid yaradan PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarını bölgədən uzaqlaşdırmaq, sərhəd xəttinin və həmin ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etməkdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar