SON XƏBƏRLƏR

Zidan: “Türkiyə Almaniyanı məğlub etməyə qadirdir”

2021.10.20, 07:36
Zidan: “Türkiyə Almaniyanı məğlub etməyə qadirdir”

Gunaz.tv
Zidan: “Türkiyə Almaniyanı məğlub etməyə qadirdir” zidan.jpg Fransa milli komandasının sabiq kapitanı Zinəddin Zidan Türkiyə yığmasının Avropa çempionatında şansını yüksək qiymətləndirib. “APA-Sport” agentliyinin məlumatına görə, dünya çempionu türkiyəlilərin qitə birinciliyinin 1/4 final mərhələsində Xorvatiya üzərində qazandıqları qələbədən təəccübləndiyini bildirib: “Türkiyəlilər 119 dəqiqə qapılarını toxunulmaz saxladılar. Sonra bir qol buraxdılar, dərhal hesabı bərabərləşdirdilər. Daha sonra penaltilər seriyasında qələbə qazanaraq, yarımfinala yüksəldilər. Dünya futbolunda belə qələbələrə nadir hallarda rast gəlinir”. Z.Zidan iyunun 25-də Türkiyə və Almaniya arasında keçiriləcək yarımfinal oyunu haqda da danışıb. Yaxın keçmişin ulduz futbolçusu vurğulayıb ki, “ay-ulduzlular”ın finala çıxmaq şansları var: “Heyətdə çoxlu zədəli və cəzalı futbolçu olduğunu bilirəm. Buna baxmayaraq, türkiyəlilər Almaniyanı məğlub etməyə qadirdir. Çünki onlar belə uğurlara imza ata biləcək psixoloji gücə malikdirlər”. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar