SON XƏBƏRLƏR

Zindanda xəstəlikdən əziyyət çəkən güney azərbaycanlı fəalın müalicə olunmasına icazə verilmir

2021.10.20, 07:36
Zindanda xəstəlikdən əziyyət çəkən güney azərbaycanlı fəalın müalicə olunmasına icazə verilmir

Gunaz.tv

GünAz TV: Ötən günlərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Saleh Molla Abbasinin sağlıq durumu yaxşı deyil.

 

Oktyabrın 13-də yayılan məlumata görə, qan təzyiqindən əziyyət çəkən fəalın təzyiqi 3 gündür ki, davamlı olaraq artır. Həbsxananın poliklinikası ilkin tibbi yardım göstərməkdən başqa heç nə edə bilmir.

Deyilənlərə görə, poliklinikanın həkimləri xəstənin mütəxəssis həkimə müraciət etməsinin vacib olduğunu vurğulayıb, lakin zindan məsulları onun normal müalicə olunmasına icazə vermir.

 

Saleh Molla Abbasinin vəziyyətindən nigaran olan ailəsi onun müalicə olunması üçün səlahiyyətli şəxslərə müraciət ediblər, lakin hələlik heç bir nəticə əldə olunmayıb.

 

Əhər sakini olan güney azərbaycanlı milli-mədəni fəal Saleh Molla Abbasi oktyabrın 2-də öz iş yerində saxlanılıb.

 

Fəalın bundan əvvəl məhkum edildiyi 10 aylıq həbs cəzasını çəkmək üçün saxlandığı ehtimal olunur.

 

Saleh Molla Abbasi 2015-ci il noyabr ayında məlum “Fitilə” televiziya verilişinə qarşı Əhər şəhərində keçirilən etiraz aksiyasında 6 azərbaycanlı fəalla (Əkbər Əbulzadə, İbrahim Nuri, Hamid Allahverdipur, Murtaza Şükri, Süleyman Kazimi,  İsrafil Fətullazadə və ...) birlikdə yaxalanmışdır.

 

“Sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal 10 ay həbs cəzasına məhkum edilib. Məhkəmə adlarını çəkdiyimiz 7 fəalı toplam olaraq 58 ay azadlıqdan məhrum etmişdir.

 

Saleh Molla Abbasi ötən illərdə Azərbaycan türk millətinin kütləvi informasiya vasitələrində təhqir olunmasına qarşı keçirilən kütləvi aksiyalarda bir neçə dəfə saxlanılıb və ağır işgəncələrə məruz qalıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar