SON XƏBƏRLƏR

“Zoh ahən” klubu “Traxtur”un oyunçusundan əl çəkmir

2021.10.20, 07:36
“Zoh ahən” klubu “Traxtur”un oyunçusundan əl çəkmir

Gunaz.tv

GünAz TV: “Zoh ahən” klubunun Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunçusu Rza Şikaridən əl çəkmək fikri yoxdur.

 

Mediada yayılan məlumata görə, klubun futbolçudan olan şikayəti İdman Abritaj Məhkəməsinə təqdim olunub.

 

Rza Şikari “Zob ahən” komandasından ayrılıb Rusiyanın Rubin Kazan komandasına qoşulduqdan sonra ona qarşı şikayət edilib. “Zob ahən” birinci FİFA-ya şikayət edərək oyunçu müqaviləni birtərəfli qaydada pozduğu üçün kompensasiya ödəməsini tələb edib. FİFA bu barədə iki il sonra qərar verib və Rubin Kazan klubunu 105 min avro məbləğində cərimə ödəməyə məhkum edib.

 

Futbolçu barəsində qərar verilsə də, “Zob ahən” Rza Şikaridən əl çəkmək fikrində deyil və çıxarılan hökmlə razılaşmayıb. Klub bu dəfə artıq “Traxtur” komandasında oynayan futbolçudan İdman Abritaj Məhkəməsinə (CAS) şikayət edib.

Məlumata görə, son qərarı İdman Abritaj Məhkəməsi verəcək.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar