SON XƏBƏRLƏR

Aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstəriləcək-“Gender Bərabərliyi” İctimai Birliyi layihənin icrasına başladı

2022.09.12, 04:04
Aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstəriləcək-“Gender Bərabərliyi” İctimai Birliyi layihənin icrasına başladı

Gunaz.tv

“Aztəminatlı şəxslərin hüquqi problemlərinin həllində maddi imkanlarının olmaması və hüquqi sahədə biliklərin az olması onların qanuni mənafelərinin müdafiə olunmasına maneçilik törədir. 

Belə ki, həmin şəxslərin hüquqi problemlərinin həllinə nail olunması üçün müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, məhkəmə instansiyalarına iddia və qarşılıqlı iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması zəruridir”-deyə, QHT sədri bildirib.

Ş.Əliyevanın sözlərinə görə, yuxarıda göstərilən problemləri nəzərə alaraq, “Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 15.09.2022-01.12.2022-ci il tarixlərində “aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsini icra edəcək. 

“Belə ki, hüquqi xidmət olaraq müraciət edən şəxslər üçün iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, vəkillik xidməti olaraq isə müraciət edən şəxslərin məhkəmədə təmsil olunması və onların məhkəmə müdafiəs təşkil olunacaqdır. 

Layihənin icrasına hüquqşünas Yaşar Ağazadə və vəkil Nurməmmədov Araz cəlb olunacaq”-QHT sədri belə deyib.

Onun sözlərinə görə, layihədən faydalanmaq istəyən şəxslər facebook, instagram sosial şəbəkələrinin pulsuz hüquqi xidmət səhifələrində və ya qaynar xətt formatında yaradılmış (055) (070)8543019 ( whatsApp) mobil nömrə vasitəsilə əlaqə yarada bilərlər.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar