SON XƏBƏRLƏR

Füzuli Hava Limanı açılışa hazırlanır

2021.10.20, 07:36
Füzuli Hava Limanı açılışa hazırlanır

Gunaz.tv

Artıq beynəlxalq hava limanında tamamlanma işləri aparılır və yaxın vaxtlar rəsmi açılışı olacaq.
 
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, cəmi 9 ay ərzində Füzuli Hava Limanı inşa edilib və artıq uçuşları qəbul edə bilir:
 
“Füzuli aeroportu dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli Beynəlxalq Hava Limanı “Qarabağın hava qapısı” elan olunub. 

Bu isə ondan xəbər verir ki, sözügedən hava limanının istifadəyə verilməsi bir tərəfdən Qarabağın, digər bölgələrimizin, eyni zamanda, daha geniş anlamda dünya ilə əlaqələrin daha genişləndirilməsinə imkan verəcək.
 
Bu, Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiyası baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. 

Bu, əlavə 5 mlyard manatda artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”. 

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar