SON XƏBƏRLƏR

Uzun müddətli həbsə məhkum edilmiş Əkbər Nəimi məzuniyyətə buraxılmır

2022.03.10, 03:59
Uzun müddətli həbsə məhkum edilmiş Əkbər Nəimi məzuniyyətə buraxılmır

Gunaz.tv

Yaxınlarının verdiyi məlumata görə, zindan məsulları  onun məzuniyyətə buraxılması ilə bağlı müraciətlərə cavab vermirlər.

Koronavirusun İran zindanlarında yenidən yayılmasına və çox sayda məhkumun virusa yoluxmasına, zindanlarda tibbi personal və dərman preparatları çatışmazlığına baxmayaraq, zindan rəhbərliyi və məhkəmə sistemi məsulları problemlə bağlı tədbir görmürlər.

Martın 9-da İran Zindanları Təşkilatının başçısı Qulaməli Məhəmmədi sərəncam imzalayaraq təhlükəli məhbusların tibbi və bayram məzuniyyətinə buraxılmalarına qadağa qoyub.

Güneyli fəalın məzuniyyətə buraxılmaması dil və mədəniyyət sahəsində çalışan Nəiminin İran hökumətinin gözündə təhlükəli məhbus olduğunu göstərir. 

Qeyd edək ki, Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

Onun məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.
O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, "Evrin" və "Yarpaq" kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan "Günəbaxan Dərnəyi"nin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar