SON XƏBƏRLƏR

Zunuzi: Traxtur futbol komandasının çempion olmasına icazə verilmir + VİDEO

2021.10.20, 07:36
Zunuzi: Traxtur futbol komandasının çempion olmasına icazə verilmir + VİDEO

Gunaz.tv

GünAz TV:  Traxtur Azərbaycan futbol klubunun sahibi bu komandanın İran pro-liqasının çempionu olmasına icazə verilmədiyini deyib. 

 

Məhəmməd Rza Zunuzi bunu İran televiziyasından yayımlanan “Formul 1” verilişində vurğulayıb.

 

O, İranın idman nazirliyində sistemləşmiş korrupsiya və ayrı-seçkilik ilə bağlı “bizim əsas problemimiz klubda deyil, başqa problemlər var, ancaq onları ortadan qaldırmağa qadir deyilik,” deyib.

 

“Əsas problemlər idman nazirliyinin futbol federasiyasına təsir göstərməsi, hissə sahibi olduqları klubları idarə etməsidir” deyən Zunuzi gizli əllərin Traxtur klubunun çempion olması qarşısında maneələr yaratdığını bildirib.

 

O vurğulayıb ki, “nə zaman icazə versələr Traxtur komandası pro-liqanın çempionu olacaq.”

 

Klubun rəhbəri həmçinin həkəmlərin tərəfsiz davranmadığını tənqid edib, bunun “başqa yerlərdən” gələn tapşırıq əsasında olduğu ehtimalını da istisna etməyib.  

 

 

 

 

Zunuzi həkəmlərin hökumət tərəfindən maliyyələşdirilən Perspolis və İstiqlal komandalarının xeyrinə, Traxtorun isə ziyanına hərəkət etdikləri ilə yanaşı, İran futbol liqasında “sistemləşmiş korrupsiyanı” da rəhbəri olduğu komandanın kuboku qazanmasına mane olan amillər sırasında sədalayıb.

 

O, eyni halda İran dövlət televiziyasını da Azərbaycan klubuna qarşı ayrı-seçkilik etdiyini tənqid edib.

 

komandanın bu ilki liqada kubok qazanmasına ümid edən Zunuzi Traxturun Azərbaycan üçün “kimlik” olduğunu deyib.

 

 

Ü.F  

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar