SON XƏBƏRLƏR

Qəzvinlə bağlı xəbərdarlıq: "Ciddi tədbirlər görülməlidir"- Böhran İdarəetmə Mərkəzinin başçısı

2021.12.27, 14:30
Qəzvinlə bağlı xəbərdarlıq: "Ciddi tədbirlər görülməlidir"- Böhran İdarəetmə Mərkəzinin başçısı

Gunaz.tv

“Son beş ildə əyalətdə 440 zəlzələnin baş verməsi bölgədə bu tip yeraltı təkanların qarşısının alınması və azaldılması üçün daha çox tədbirlərin görülməsini zəruri edir”-deyə, Qudrətullah Mehdixani bildirib.

Dekabrın 26-da Zəlzələyə Qarşı Təhlükəsizlik Günü ilə əlaqədar danışan Böhran İdarəetmə Mərkəzinin başçısı deyib ki, Qəzvin əyaləti indiyədək baş vermiş və ya baş verə biləcək 26 növ gözlənilməz hadisə qarşısında yüksək risk daşıyır.

O, əyalətin bir çox yaşayış bölgələrinin fay xətti üzərində yerləşdiyini vurğulayıb.

Qəzvin əyalətində 16 şəhər və çox sayda kəndin daimi olaraq sel təhlükəsi nə məruz qaldığını qeyd edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar