SON XƏBƏRLƏR

Qəzvin və Ərdəbildə azərbaycanlı müəllimlər həbs edilib

2022.10.24, 10:27
Qəzvin və Ərdəbildə azərbaycanlı müəllimlər həbs edilib

Gunaz.tv

Qəzvinin Xurrəmdəşt bölgəsində ingilis dili müəllimi İsmayıl Xudayari təhlükəsizlik idarəsinə çağrıldıqdan sonra həbs edilib.

O, 16 oktyabrda saxlanılsa da, məsələnin ictimailəşdirilməməsi ilə bağlı ailəsi təhdid edilib.

O. bundan öncə ictimai fəaliyyətlərinə görə, müdiri olduğu başqa bir məktəbdən qovulmuşdur.

Bununla yanaşı təqaüddə olan ərdəbilli müəllim Qulamrza Əsgəri də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Adı çəkilən müəllimlərin nədə ittiham olunduqları və harada saxlanıldıqları barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, İranda son həftələr başlayan geniş etiraz aksiyaları zamanı ən azı kimliyi dəqiqləşdirilən 25 müəllim həbs edilib.

Timur 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar