SON XƏBƏRLƏR

Qəzvində ağır yol qəzası baş verib

2022.04.29, 08:50
Qəzvində ağır yol qəzası baş verib

Gunaz.tv

Bu barədə Qəzvin əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Fərhad Zakiriməneş məlumat verib.

Onun sözlərinə görə, “Pejo” markalı minik avtomobili ilə Tır maşınının toqquşması nəticəsində 5 nəfər hadisə yerindəcə həyatını itirib.

Qeyd edək ki, İranın avtomobil yolları dünyanın ən ölümcül yolları arasında yer alır.

İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.

Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.

İranın Tibbi Ekspertiza Mərkəzinin yayınladığı son məlumata görə, ölkədə yol qəzalarında həyatını itirənlərin illik sayı ortalama 17 min nəfər, yaralananların sayı isə 35 min nəfər civarındadır. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar