SON XƏBƏRLƏR

Qəzvində azərbaycanlı fəal həbs edilib

2022.07.16, 06:25
Qəzvində azərbaycanlı fəal həbs edilib

Gunaz.tv

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları tərəfindən saxlanılan fəalın nədə ittiham olunduğu və hara aparıldığı barədə məlumat verilməyib.

"15 iyul gecə saat 21 radələrində mülki geyimli təhlükəsizlik məmurları Məhəmmədrza Muradbehruzinin şəxsi mənzilinə basqın edib, axtarış aparıb və ona məxsus iki mobil telefon və başqa əşyalarını müsadirə edərək özünü həbs ediblər"-deyə, bildirilib.

Qeyd edək ki, bundan öncə iyulun 13-ü axşam saatlarında Məhəmmədrza Muradbehruzinin həyat yoldaşı, mədəni fəal Suru Babayi Çigəni də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Suru Babayinin həbsinin onun "məcburi hicaba yox" kampaniyasına qatılması və həyat yoldaşı Məhəmmədrza Muradbehruzi ilə birlikdə sosial mediada video paylaşması olub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar