SON XƏBƏRLƏR

Qəzvində korrupsiyada ittiham olunan dövlət məmurları saxlanılıb

2022.09.01, 06:40
Qəzvində korrupsiyada ittiham olunan dövlət məmurları saxlanılıb

Gunaz.tv

Əli İbrahimi 3 dövlət məmurunun korrupsiya əməllərinə görə həbs edildiyini bildirib.

O, saxlanılan dövlət məmurlarının kimliyi və hansı idarəyə mənsub olduqları barədə açıqlama verməyib, onların podratçı şəxslərdən 400 milyon tümən rüşvət aldıqlarını deyib.

İbrahimi korrupsioner məmurların barələrində cinayət işinin açıldığını və onların yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağını söyləyib.

Qeyd edək ki, bir müddət bundan öncə Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəisi Səccad Dədəcaninin verdiyi məlumata görə, son bir il ərzində əyalətdə müxtəlif dövlət idarələrində çalışan 430 nəfər həbs edilib.

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.    

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar