SON XƏBƏRLƏR

Qəzvində etiraz aksiyası keçirilib-VİDEO

2022.08.03, 04:29
Qəzvində etiraz aksiyası keçirilib-VİDEO

Gunaz.tv

İran Azad İşçilər Birliyinin verdiyi məlumata görə, avqustun 2-də Qəzvinin yuyucu maddələr istehsal edən "Tolipres" zavodunun işçiləri etiraz aksiyası keçiriblər.

Onlar 6 aydır əmək haqlarının verilməməsindən, bununla bağlı müraciətlərinin cavabsız qalmasından narazılıqlarını bildiriblər.

Etirazçılar zavodun yerləşdiyi ərazidən əyalət valiliyinin binasına doğru yürüş keçirib.

Məsul şəxslərin onların problemləri ilə bağlı tədbir görmələrini istəsələr də, rəsmilərdən kimsə onları qəbul etməyib.

 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar