Qüdrətullah Mehdixani cari ilin avqust ayında baş verən sel və daşqınlardan zərər görənlər üçün nəzərdə tutulan təzminatın ödənilmədiyini deyib.
Qedy edək ki, cari ilin avqust ayında Qəzvin əyalətinin Avuc və Ələmut bölgələrində baş verən sel və daşqınlar nəticəsində bölgə əhalisinə külli məbləğdə ziyan dəyib.
Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, minlərlə hektar əkin və bağ sahəsi, yaşayış evləri dağılıb, çox sayda mal-qara, avtomobili sel suları aparıb.
Həyatını itirənlərdən 5-nin meyiti tapılsada, başqa iki nəfərin meyitlərinin axtarışı nəticə verməyib.
Qüdrətullah Mehdixani ümumilikdə əyalətə 450 milyard tümən ziyan dəydiyini bildirib.
Təzminat məsələsinin və məbləğinin Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğunu vurğulayan Qüdrətullah Mehdixani təzminatın ödəniləcəyi bağlı suala cavab verməyib.
Avuc fərmandarı Nüsrətullah Əlirzayi mediaya verdiyi açıqlamada deyib ki, yalnız bu bölgəyə 240 milyard tümən ziyan dəyib.
O, bölgənin su kanalları və suvarma sistemlərinin dağıldığını, 8 min hektar əkin sahəsinin yararsız hala düşdüyünü deyib.
Əlirzayi Böhran İdaretmə Mərkəzi tərəfindən həyatlarını itirən şəxslərin ailələrinə nəzərdə tutulan 20-30 milyon tümən vəsaitin bu günə kimi ödənilmədiyini qeyd edib.
Əyalətin Böhran İdarəetmə Mərkəzinin başısı Qüdrətullah Mehdixani isə nəzərdə tutulan vəsaitin mərkəzdən Qəzvinə ödənilmədiyi üçün onların əlindən bir iş gəlmədiyini bildirib.
C.E
Nüsrətullah Əlirzayi