SON XƏBƏRLƏR

Qəzvinli idmançı velosiped yarışlarında birinci yeri tutub

2021.10.20, 07:36
Qəzvinli idmançı velosiped yarışlarında birinci yeri tutub

Gunaz.tv

Mərənd şəhərində keçirilən yarışlara İsfahan və Təbriz şəhərindən olan idmançılar sıra ilə ikinci və üçüncü yeri qazanıblar.

Bu barədə Qəzvin əyalətinin Velosiped Federasiyasının başçısı Möhsün Şeyx Süleymani məlumat verib.

O, bu barədə bu gün, oktyabrın 19-da yarışlarla bağlı mətbuata verdiyi açıqlamada bildirib.

“Məhəmməd Raməndi milli velosiped turunun üçüncü mərhələsində birinci şəxs olaraq finiş xəttini keçərək ilk yeri tutub və qızıl medala layiq görülüb”-deyə, o, bildirib.

Şeyx Süleymaninin sözlərinə görə fərdi yarışlarda parlaq nəticə göstərən Qəzvin komandası komanda yarışlarında ölkə üzrə 5-ci yeri tutub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar