SON XƏBƏRLƏR

Qəzvində aksiya: Narazılar valiliyin qarşısına toplaşdı

2021.11.15, 09:57
Qəzvində aksiya: Narazılar valiliyin qarşısına toplaşdı

Gunaz.tv

Əmək müqaviləsinə edilən dəyişikliklərə və əmək haqlarının gecikdirilməsinə etiraz edən bir qrup müəllim əyalət valiliyinin binası qarşısına toplaşıb.

Müəllimlər onların xəbəri olmadan əmək müqaviləsinin və əmək haqlarının dəyişdirildiyini, maaşların ödənilmədiyini bildiriblər.

Müəllimlər qeyd edib ki, 2013-cü ilin əmək haqlarını iki ay öncə alıblar.

Etirazçı müəllimlərdən biri 6 il öncəyə aid olan əmək haqqını bir neçə gün öncə ala bildiyini deyib.

"Ölkənin bütün yerlərində, özəlliklə ucqar bölgələrdə çalışan müəllimlərin əmək haqqı olduqca aşağıdır"-deyə, o, bildirib.

O, bir sıra müəllimlərin aylıq maaşlarının 2 milyon tümən civarında olduğunu, sərhəd bölgələrində çalışan müəllimlərin isə “təlim işçiləri adı altında” qeyri-rəsmi çalışdırıldıqlarını qeyd edib.

Qeyd edək ki, uzun illərdir İranın bir əksər bölgələrində təhsil işçiləri çatışmazlığını aradan qaldırmaq üçün müəllimləri qısa müddətli müqavilə və ən az əmək haqqı ilə işə götürürlər.

Onlar heç bir siğorta və başqa bu kimi xidmətlərdən istifadə edə bilmirlər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar