Bəzz qalasında milli mərasimlər keçirilir-VİDEO

01.07.2022, 18:35

İyulun 1-i günorta saatlarından başlayaraq Bəzz qalası ətrafında milli mərasimlər keçirilir.

Gunaz.tv Quote | Gunaz article

Qeyd edək ki, bir neçə gündür Kəleybər bölgəsində xüsusi rejim qaydaları tətbiq edilib. Bəzz qalasında illik Babək qurultayına gedənlərin qarşısı alınır.

Xüsusi təyinatlı və təhlükəsizlik qüvvələri insanların bir yerə toplaşmasına imkan vermir. 

Qalaya gedən yollar və Kəleybər şəhərinin giriş-çıxışında postların qurulması, insabların uzun-uzadı yoxlanılaraq yubadılması mərasimlərin istənilən səviyyədə keçirilməsinə mane olsa da, minlərlə insan qala ətrafı meşələrdə mədəni tədbirlər keçirir və birlikdə Azərbaycan milli mahnılarını ifa edirlər.

Milli-mədəni fəalların verdiyi məlumata görə, çox sayda insan zorla geri qaytarılıb, mərasimdə iştirak etməkdə israr edən onlarla insan həbs edilib.

Fəallar saxlanılanların hamısının kimliyinin dəqiqləşdirilməsinin hələlik çətin olduğunu bildirib.

Onlar bununla yanaşı məlumat, foto və videoların yayılmaması üçün bölgədə internet xidmətinin kəsildiyini, yüzlərlə insanın telefon, fotoaparat və kamerasının hökumət məmurları tərəfindən müsadirə edildiyini deyirlər.

Mərasimdən yayılan məhdud sayda görüntülərin qaladan uzaqlaşan fəalların vasitəsilə başqa bölgələrdən ötürüldüyü qeyd olunur.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır.

Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Cavidan 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran milli komandasının azərbaycanlı üzvü repressiyalara etiraz olaraq yığmadan ayrıldı

2022-11-26

gun az article

Güneyli qazi Məhəmmədvəli Heydərbeygi Zəncan zindanında aclıq aksiyası keçirir

2022-11-26

gun az article

“Körpü”də müzakirə: “İranda son durum və Güney Azərbaycan” və “İkinci beynəlxalq Güney Azərbaycan forumu”  - VİDEO 

2022-11-26

gun az article

Tanınmış fəal və hüquqşünas Pərviz Siyabi ağır cinayətlər törətmiş məhkumların bölməsinə köçürülüb

2022-11-25

gun az article

Azərbaycanın görkəmli pedaqoqu Cabbar Bağçabanın anım günüdür

2022-11-25

gun az article

Almaniyada yaşayan güneyli fəal Nurəddin Qərəvinin evinə basqın edilib

2022-11-25

gun az article

“Sözümüz”: “Nədən Türkiyə mediasi Güney Azərbaycan xəbərlərini əks etdirmir?” və “Güney Azərbaycanın gündəmində nə var” - VİDEO

2022-11-25

gun az article

"Güney Azərbaycanın humanitar bilimlər üzrə mütəxəssislərə ehtiyacı var”-Əhməd Obalı

2022-11-25

gun az article

Güneyli işçi hərəkatı fəalı Hüseyn Kuşinin vəziyyəti ağırlaşıb

2022-11-25

gun az article

Güneyli idmançı və milli fəal müvəqqəti azadlığa buraxılıb

2022-11-25

gun az article

"Azadlıq, Ədalət, Milli hökumət" -Təbrizdə divarlara milli şüarlar yazılıb

2022-11-25

gun az article

Təbrizli fəal Səid Əhmədinəsəb qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-11-25

gun az article

Armita Pavir Təbriz zindanında aclıq aksiyası keçirir

2022-11-24

gun az article

Güneyli fəal Məhəmməd Cabbari məhkəməyə çağrılıb

2022-11-24

gun az article

İran Millətləri Qadınlar Təşkilatı beynəlxalq qurumlara müraciət edib

2022-11-24

gun az article

Mərənd məhkəməsi qarşısında etiraz aksiyası keçirilib

2022-11-24

gun az article

Kurban Berdıyev "Traktor"dan ayrıldı

2022-11-24

gun az article

“Görüş”də müzakirə: “İran rejimi millət qarşısında aciz qalıb” və “İranda inqilabla üz-üzəyikmi” -VİDEO

2022-11-24

gun az article

Xoylu fəal Əmir Kərimi müvəqqəti azadlığa buraxılıb

2022-11-24

gun az article

Ərdəbildə milli fəalların məhkəməsi olub

2022-11-24