CCN şəbəkəsi İran həbsxanalarında baş verən zorakılıqlar barədə məlumat yayıb

22.11.2022, 08:50

CNN şəbəkəsi İran həbsxanalarında baş verən zorakılıqlar bardə yaydığı məlumatda son iki ay ərzində 11 zorlama faktının aşkar edildiyini qeyd edib. Məlumata görə, İran zindanlarında məhkumlara qarşı cinsi zorakılıq halları baş verib.

Gunaz.tv Quote | Gunaz article

Şəbəkənin yaydığı məlumatda İslam Respublikası məmurlarının məhbus etirazçılardan etiraf almaq və onları sonrakı aksiyalardan çəkindirmək üçün zorakılıq faktlarını lentə aldıqlarını bildirib.

Bundan əvvəl noyabrın 12-də dəfn mərasimi keçirilən azərbaycanlı gənc Yəlda Ağafəzli zindanda zorakılığa məruz qaldığı üçün sərbəst buraxıldıqdan sonra intihar etdiyi bildirilir.

Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

11 noyabrda intihar edən gəncin zindanda qarşılaşdığı davranış və işgəncələrdən dolayı sarsıntı keçirdiyi deyilir.

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social