GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
“Hicab cəmiyyətə zorla tətbiq edilə bilməz”-Məhəmməd Xatəmi
Qarabağın erməni sakinləri Xankəndi-Gorus istiqamətində maneəsiz keçirlər
Milli fəal Məhəmmədrza Amani müvəqqəti sərbəst buraxıldı
Tarixçi alim Kərəm Məmmədli vəfat edib
Ombudsman Ermənistana etiraz etdi
"ABŞ seçkiləri Ukrayna savaşının nəticəsini müəyyən edəcək"-Sabiq prezident
“Hədəfimiz Ərəbistanla barış və İrana qarşı mübarizədir”-Netanyahu
Rəisinin çıxışı Şərqi Azərbaycanda etiraz doğurdu
Ərdəbildə divarlara milli şüarlar yazıldı- Güneyli məhbusların azadlığı tələb olunub
"Bu aksiyalar milli dirçəlişə zəmin yaradıb"-Abbas Lisani
"Bir neçə məsələyədə toxunmaq istəyirəm. Bu etiraz aksiyasında iştirak edən bəzi soydaşlarımız eşitdiyimizə görə AZƏRBAYCANÇILIQ xəttindən çıxıb İran türklüyü adı altında hətta şüarı belə dəyişdirməyə çalışıblar.
"Azadlıq, Ədalət, Milli hökumət" şüarının yerinə "Azadlıq, Ədalət" şüarını qoyublar. Halbuki, hərəkatımızın əsas şüarı "Azadlıq, Ədalət, Milli hökumət"dir.
Özəlliklə "Milli hökumət" onun əsas hissəsidir.
Eşitdiyimizə örə, bəzi soydaşlarımız isə Güney Azərbaycan Azadlıq Hərəkatının simvolunu dövlət bayrağı yerinə millətə sırımaq etmək istəyirlər.
Biz keçmişdə də anlaşdığımız kimi bu tipli ixtilaflı məsələlərin gündəliyə çıxarılmasının faydalı olmadığını bildiririk.
İnanırıq ki, hərəkatımızın simgəsi olmalıdır, ancaq dövlət bayrağını məclis seçər, millət ona səs verər"-deyə, Əhməd Obalı bildirib.
Günaz.TV-nin rəhbəri bildirib ki, dünyada yaşayan azərbaycanlıların bir dövləti olduğu kimi bir bayrağı var.
O, bir millətin bir bayraq altında birləşməsinin vacibliyini vurğulayıb:
"Milli bayrağa gəlincə isə biz bir millətik, bir dövlət olmalıyıq və bir bayrağımız var, o da Şimali Azərbaycanda dalğalanan bayraqdır. Buna görə də, hələ tələsməyək".
Əhməd Obalı xüsusilə son vaxtlar Güney Azərbaycanda ən çox bəyənilən və səsləndirilən "Azadlıq, Ədalət, Milli hökumət" şüarının qısaldılmasına və Brüssel aksiyasının təşəbbüsçüləri tərəfindən "Milli Hökumət" sözünün şüardan çıxarılmasına irad bildirib.
Xüsusən son aylar paniranist və mərkəzçi müxalifətin fəallaşdırılması, İranda yaşayan qeyri-fars millətlərin, xüsusilə azərbaycanlıların hərəkatının kölgə altına salmaları cəhdlərinə toxunan Əhməd Obalı, bu cəhdlər qarşısında bir mənalı mövqe nümayiş etdirməyən qurum və şəxslərə iradlarını dilə gətirib:
"Biz 2019-cu ildə bəzi soydaşlarımızın Nyu-Yorkda xalq xalq mücahidləri ilə görüşü haqqında danışanda bizi yalançılıqda ittiham edirdilər.
Ancaq indi özləri video çəkib və qəbul ediblər ki, 2019-cu ildə xalq mücahidləri ilə görüşüblər.
Bundan dərs almaq əvəzinə təəssüflə indi yenə də bizim hərəkatımızı "xalq mücahidlərinin bir hissəsi", "onların yanındakı kimi" göstərməyə çalışırlar və bu da həm Güneydə gedən Azərbaycan Hərəkatına, milli fəllarımıza təhlükədir.
Onların həyatını təhlükəyə atmaqdır, həm də, hərəkatımızın bütövlüyünü kölgəyə salmaqdır.
Bizim hərəkatımız müstəqildir. Biz İranın və ya İrançılığın nə xalq mücahidləri ilə, nə şahçıları ilə, nə cümhuriyyətçiləri ilə və nə də başqa qolları ilə eyni xəttdə deyilik.
Biz onların əksinə fəaliyyət edirik, çünki onlar bizim hüquqlarımızı qəbul etmirlər.
Bu baxımdan paniranizmə qarşı "Güney Azərbaycan İran deyil" şüarı və eyni zamanda İrançılığa qarşı AZƏRBAYCANÇILIQ yolunda davam etməliyik.
Ümid edirəm ki, həmvətənlərimizin hamısı əl-ələ verib bu etirazda ancaq AZƏRBAYCANÇILIQ yolunda iştirak edəcəklər.
Hər kəs bizim hərəkatımızı AZƏRBAYCANÇILIQ yolundan caydırıb və bir növ İrançılığa sövq etmək istəyirsə bu hərəkatın qarşısında durmuş sayılır.
Bunun isə hərəkatımıza və ya onların özlərinə hər hansı bir xeyri yoxdur.
Ümid edirəm ki, bu dostlarımız bu işlərdən əl çəkəcəklər." (Axar.az)
Cavidan
Milli fəal Məhəmmədrza Amani müvəqqəti sərbəst buraxıldı
“Hədəfimiz Ərəbistanla barış və İrana qarşı mübarizədir”-Netanyahu
Rəisinin çıxışı Şərqi Azərbaycanda etiraz doğurdu
Urmuda iki məhbus edam edilib
Ermənilər Daşkəsən, Şuşa və Xocalını atəşə tutdu
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
"Ermənistan yalan məlumat yayır"-Rəsmi
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidenti Təbrizə səfər edib
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır