Bunu Ağdamda səfərdə olan güney azərbaycanlı hüquq müdafiəçisi, tədqiqatçı Maşallah Rəzmi deyib.
O, Təbrizdə inqilabçıların başçılarından biri olduğunu xatırladıb: "İndiki vəziyyəti o zamankı inqilabla müqayisə eliyəndə, bu İslam hökumətinin son günlərini hiss edirəm. Millətin küçələrə axışması və güllə qarşısına qorxmadan çıxması mənə o günləri xatırladır.
Əminəm ki, bir hökumətin sonu çatmasa, millət o cür ürəklə meydanlara axışmaz. Bu qara hökumət 43 ildir İranı işğal altında saxlayıb. Bu hökumətin tez getməsi ona görə yaxşıdır ki, insanlar da azad yaşamalıdırlar.
Biz də o hökumətin əlindən məcbur ölkədən çıxmışıq və indi siyasi mühacir həyatı yaşayırıq. Tezliklə ana torpağımıza və doğulduğumuz yerə qalıydaq". (report)
Ayxan