XİN rəhbəri: Ermənistan öhdəliklərini yerinə yetirmir, normallaşma prosesinə maneçilik törədir

30.11.2022, 20:56

Noyabrın 30-da xarici işlər naziri Ceyhun Bayramov Polşanın paytaxtı Varşava şəhərində Azərbaycanşünaslıq üzrə I Avropa Konfransı çərçivəsində “Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri” mövzusunda tədbirdə iştirak edib.

Gunaz.tv Quote | Gunaz article

XİN-dən verilən xəbərə görə, Avropadan 30-a yaxın düşüncə və tədqiqat mərkəzlərinin nümayəndələrinin qatıldığı tədbirdə Nazir Ceyhun Bayramov çıxış edib.

Nazir Ceyhun Bayramov çıxış zamanı Azərbaycanın xarici siyasət prioritetləri, Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar nəzərə alınmaqla bölgədə sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində səyləri barədə ətraflı məlumat verib. 

Nazir, eyni zamanda Ermənistanla sülh gündəliyi üzrə təkliflər, aparılan danışıqlarda Azərbaycanın mövqeyi və yanaşması barədə iştirakçıları məlumatlandırıb.

Azərbaycanın bölgədə apardığı bərpa və quruculuq işlərinin, kommunikasiyaların açılması istiqamətində fəaliyyətin bütün bölgənin rifahı üçün əhəmiyyətli olduğu diqqətə çatdırılıb. 

Bununla yanaşı, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərinə və təkliflərinə baxmayaraq, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatdan və Azərbaycan-Ermənistan liderləri arasında digər razılıqlardan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, normallaşma prosesinə və bölgədə davamlı sülhün bərqərar olmasına maneçilik törətdiyi bildirilib. 

Bölgədə davam edən mina təhdidləri və Ermənistan tərəfindən bu istiqamətdə həyata keçirilən təxribatlara diqqət yönəldilib.

Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. 

Alternativ enerji mənbələrindən istifadə sahəsində geniş potensiala malik ölkə kimi Azərbaycanın bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verdiyi qeyd olunub, bu xüsusda cari ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Şərq-Qərb Orta Dəhlizi boyunca bağlantıların gücləndirilməsi istiqamətində Azərbaycanın bir sıra uğurlu layihələr icra etdiyini, Vətən müharibəsindən sonra nəqliyyat-kommunikasiya yollarının bərpası istiqamətində işlər həyata keçirildiyini diqqətə çatdırıb. 

10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 9-cu bəndi çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirməsinin vacib olduğunu, bölgədə bütün nəqliyyat və kommunikasiyaların açılmasının inkişafa mühüm töhfə olacağını bildirib.

Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıların çoxsaylı suallarını cavablandırıb. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

2023-02-03

gun az article

 “Sözümüz” proqramında müzakirə: “Xoy zəlzələsi və Güney Azərbaycan milli hərəkatı”  - VİDEO

2023-02-03

gun az article

Güneyli rejissor zəlzələ ilə bağlı növbəti çağırış etdi

2023-02-03

gun az article

Sünni din xadimi güneylilərə dəstək verməyə çağırdı

2023-02-03

gun az article

Terrorçu Qasım Süleymanini təbliğ edən meyxanaçılar da nəzarətə götürülməlidir

2023-02-02

gun az article

Güneyli jurnalistlər mükafatlarını xoylulara verdilər

2023-02-02

gun az article

Zənganlı fəal müvəqqəti azad edilib

2023-02-02

gun az article

"Həsən Şəriətmədari azərbaycanlı olsa da manqurtlaşmış ünsürdür"-Əhməd Obalı

2023-02-02

gun az article

"Traxtur" klubunun üzvləri Xoya gedəcək

2023-02-02

gun az article

“Görüş”: “Azərbaycanın İranın casus və terror şəbəkəsinə qarşı əməliyyatı” və “Xoy zəlzələsində zərər çəkmiş güneylilərə İran rejimi yardım etmir”-VİDEO

2023-02-02

gun az article

Şərqi Azərbaycan valisi dəyişdirilə bilər

2023-02-02

gun az article

Güneyli rejissor Cəfər Pənahi aclıq aksiyası keçirir

2023-02-02

gun az article

“Traxtur”un oyununda Xoy zəlzələsində ölənlər anılıb

2023-02-01

gun az article

Güneyli siyasi məhbuslardan zəlzələdən zərər çəkənlərə dəstək

2023-02-01

gun az article

Xoylulara dəstək çağırışından sonra futbolçunun bank hesabı bağlandı

2023-02-01

gun az article

"Traktor"dan zəlzələdən zərər görənlərə dəstək

2023-02-01

gun az article

 “Özümüz” proqramında müzakirə: “Zəlzələnin dərdini çəkək, yoxsa dövlətin şərrini” - VİDEO

2023-02-01

gun az article

“Azərbaycan, başın sağ olsun”-Təbriz Universitetində Bakıya dəstək aksiyası keçirilib

2023-01-31

gun az article

İranda 7 məhbus qadın edamların dayandırılmasını istədi

2023-01-31

gun az article

“Parlaq gələcək”: “Azərbaycan səfirliyinə terror saldırısının pərdəarxası” və "Xoyda insani fəlakət" -VİDEO

2023-01-31