Noyabrın 30-u səhər saatlarında İranın Hormozqan əyalətinin mərkəzi Bəndər Abbas şəhərində narkotik maddələrin alverində günahlandırılan məhkum edam edilib.
Sünni məzhəbli etnik bəluç olan Pərviz Bərahuyi 2017-ci ildən həbsdə saxlanılırdı.
İran Məhkəmə Sistemi və mediası edam barədə hər hansı bir açıqlama yaymayıb.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.
Timur