"Türkün dili tək sevgili, istəkli dil olmaz"- Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

01.08.2022, 09:48

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Gunaz.tv Quote | Gunaz article

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. 

Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.

1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. 

Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ- də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı.

1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı.

1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanıldı. Yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olub.

 1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanıldı.

1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. 

Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayıb. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib.

Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. 

Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Qeyd edək ki, bu gün dünyada Azərbaycan türkçəsində 60 milyona yaxın insan danışır. Güney Azərbaycanda yaşayan 35 milyona yaxın soydaşımız ana dilində təhsil almaq imkanından məhrumdur. 

Buna baxmayaraq Güney Azərbaycanda ana dili hərəkatı genişlənir.

Vaxtaşırı Güney Azərbaycan müxtəlif şəhərlərində ana dilində təhsil hüququnun təmin edilməsi tələbi ilə etiraz aksiyaları keçirirlir. Küçə və meydanlara "Ana dilim ölən deyill, özgə dilə dönən deyil", "Türk dilində mədrəsə, olmalıdır hər kəsə" və digər şüarlar yazılır. 

Molla rejimi ana dilində təhsil tələb edən soydaşlarımıza qarşı repressiyalar həyata keçirir. Milli düşüncəli insanlar həbs edilir, işgəncəyə məruz qalır. Buna baxmyaraq Güney Azərbaycan türklərinin, milli düşüncəli aydınların mübarizə əzmi sınmır. 

Gün gələcək Azərbaycan türkcəsi Dərbənddən Kəngər körfəzinə qədər böyük bir ərazinin hakim dilinə çevriləcək.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran hökuməti Qərbi Azərbaycanda silah-sursat aşkarladığını iddia edir

2022-09-25

gun az article

Ərdəbildəki aksiyada etirazçılara atəş açıldığı bildirilir-VİDEO

2022-09-25

gun az article

Abbas Lisaninin telefon danışığına adağa qoyulub

2022-09-25

gun az article

Ötən gecə İranın 30 əyalətinin 83 şəhərində kütləvi etiraz aksiyaları keçirilib-VİDEO

2022-09-24

gun az article

Güneyli fəal Əhməd Ronəqi həbs edilib

2022-09-24

gun az article

Milli fəal Mehdi Həmidi Şəfiq SEPAH-ın kəşfiyyat bölməsinin təcridxanasına köçürülüb

2022-09-24

gun az article

“Körpü”də müzakirə: “Azərbaycan Ermənistan münasibətlərində xarici qüvvələr” və “İrandakı son durum” - VİDEO 

2022-09-24

gun az article

ETTELAAT və SEPAH Qərbi Azərbaycan və Sistan-Bəluçistanda əməliyyat keçirib

2022-09-24

gun az article

SEPAH Təbrizdə partlayışların qarşısını aldığını iddia edib

2022-09-23

gun az article

Ərdəbildə etirazçılar hökumət qüvvələrini qaçmağa məcbur etdi

2022-09-23

gun az article

Təbrizdə etiraz aksiyaları keçirilir-VİDEO

2022-09-23

gun az article

Qaşqay türkləri kütləvi etirazlara çağırış edib

2022-09-23

gun az article

Təbriz və Məlikanda 8 fəal həbs edilib

2022-09-23

gun az article

Güney azərbaycanlı media fəalı Hüseyn Ronəqi həbs edilib

2022-09-23

gun az article

Ərdəbildə saxlanılan daha bir fəalın kimliyi bəlli oldu

2022-09-23

gun az article

Etirazlar genişləndi, Təbriz Universitetində dərslər dayandırıldı

2022-09-23

gun az article

İran hökuməti Azərbaycan sərhəddində terrorçuların saxlanıldığını iddia edib

2022-09-23

gun az article

Sentyabrın 22-i gecə Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları davam edib

2022-09-23

gun az article

“Sözümüz” proqramında müzakirə: “Qan içində qurtuluş səsi” - VİDEO

2022-09-23

gun az article

Zənganda iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb

2022-09-23