Yas mərasimi Yeni Yasamal qəsəbəsində mərhumun evində təşkil olunub.
Orxan Əsgərovun atası Rizvan Əsgərov APA-ya bildirib ki, oğlunun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətirilməsi gözlənilir.
O qeyd edib ki, dəfn mərasimi sabah keçiriləcək və mərhum Orxan Əsgərov II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, terror aktı nəticəsində iki nəfər yaralanıb. Yaralılar əməliyyat olunub, vəziyyətləri yaxşıdır. (apa)
Ayxan