Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

04.12.2021, 13:27

Təbrizin cümə imamı höccətülislam Məhəmmədəli Ali Haşim oktyabrın 3-də cümə namazı çıxışında Təbriz-İstanbul arası uçuşların çox olmasından narazılığını ifadə edib. 

Gunaz.tv Quote | Gunaz article

Təbriz-İstanbul arasın həftədə 18 uçuşun həyata keçirildiyini deyən cümə imamı həftə ərzində Təbrizdən İraqın Nəcəf şəhərinə yalnız bir uçuşun olduğundan narazılıq edib. 

“Təbrizdən İstanbula uçuş müddətinin 2.5 saat olduğu halda Təbrizdən Nəcəf şəhərinə uçuş müddəti bir saatdır.

Buna baxmayaraq, Təbriz-İstanbul bileti ucuz, Təbriz-Nəcəf bileti isə olduqca bahadır. Nəcəfə uçuş isə ötən gün açılıb”-deyə, Ali Haşim Nəcəf şəhərinə getmək istəyən ziyarətçilərə daha güzəştli şərait yaradılmasını istəyib. 

O, məsullara müraciət edərək ziyarətçilərə qarşı insafsızlıq edildiyini deyib və validən, parlament üzvlərindən və başqa əlaqədar məsullardan məsələnin həllini tələb edib. 

Təbrizin cümə imamı çıxışında nüvə danışıqlarınada toxunaraq Qərb ölkələrini tənqid edib və danışıqların onların istəyinə uyğun davam edə bilməyəcəyini söyləyib. 

Məhəmmədəli Ali haşim İranda radikal kəsimin ənənəvi mövqeyini bir daha dilə gətirərək nüvə proqramının inkişaf etdirilməsini İranın haqqı adlandırıb və iranlı diplomatlardan danışıqlar zamanı “ləyaqətli” davranmalarını istəyib. 

O, radikal qanadın hər zamankı çıxışlarını bir daha bəyan edərək İranın sanksiyalar qarşısında təslim olmayacağını iddia edib. 
Təbrizin cümə imamı ölkədə hazırda hakimiyyətdə olan radikal cərəyanın təmsilçilərindəndir və Qərblə danışıqlarda hansısa güzəştə getməyin tərəfdarı deyil. 

Belə radikal mövqe sanksiyaların gücləndirilməsinə və əhalinin daha da müflisləşməsinə səbəb olduğu üçün bir sıra nümayəndələr hakimiyyəti tənqid etməyə məcbur olublar. 

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan son müsahibəsində radikalların mövqeini tənqid edərək onların xalqın problemlərinə laqeyd yanaşmaqda ittiham edib. 

“Reallıq bundan ibarətdir ki, bizim başqa çarəmiz yoxdur. Problemləri həll etmək üçün danışıqlar masası arxasında oturmalı, nəsə verib və nəsə almalıyıq”-deyə, İranda nüfuzlu siyasətçilərdən biri kimi tanınan Pezeşkiyan bildirib. 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31