SON XƏBƏRLƏR

İranda qəzalı binalarda yaşayanların sayı açıqlandı

2024.04.30, 13:23
İranda qəzalı binalarda yaşayanların sayı açıqlandı

Hazırda ölkədə ən azı 10 milyon insan qəzalı və uçmaq təhlükəsi olan evlərdə yaşayır.

Gunaz.tv

Bunu İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmisi Məhəmməd Ayini deyib.

Onun sözlərinə görə, bu gün Tehran şəhərində 224 min qəzalı və təhlükəli bina mövcuddur.

Ayini zəlzələ baş verəcəyi təqdirdə qəzalı binaların çoxluğu səbəbindən milyonlarla insan tələfatı olacağı barədə xəbərdarlıq edib.

Bundan əvvəl İran parlamentinin üzvü Müctəba Yusifi ölkədə 20 milyondan çox insanın qeyri-standart mənzillərdə yaşadığını deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar