SON XƏBƏRLƏR

HƏMAS mülki sığınacaqlardan raket atır

2024.04.24, 14:47
HƏMAS mülki sığınacaqlardan raket atır

23 aprelin gecəsi İsrail qırıcıları Qəzza zolağının cənubunda mülki sığınacaqların yaxınlığında yerləşən HƏMAS-ın iki raket atış məntəqəsinə zərbələr endiriblər.

Gunaz.tv

İsrail Silahlı Qüvvələri bildirir ki, reaktiv yaylım atəşi sistemləri İsrailə hücum üçün hazırlanıb və HƏMAS tərəfindən istifadə olunmazdan əvvəl zərərsizləşdirilib. Məlumatda əlavə olunub ki, İsrailin bu raketləri zərərsizləşdirməsi mülki əhaliyə dəyən zərərləri azaltmaq üçün həyata keçirilib.

Hərbçilərin bildirdiyinə görə, son sutka ərzində HƏMAS və digər terror qruplaşmalarına aid daha 50 obyekt Qəzza zolağı boyunca İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

İsrail Silahlı Qüvvələrinin məlumatına görə, Qəzza zolağının mərkəzində yerləşən tunel infrastrukturlarına da zərbələr endirilib.

Həmçinin Qəzzanın mərkəzində Nahal Briqadası Netzarim dəhlizində fəaliyyətini davam etdirir. Ötən gün İsrail Silahlı Qüvvələri bildirir ki, Nahal əsgərləri bir neçə silahlı terroristi öldürüb və bölgədəki terror qruplarına aid infrastrukturu məhv edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar