SON XƏBƏRLƏR

Tərbiz şəhəri “Həsən Padşah” tarixi kompleksi baxımsız qalıb

2024.04.30, 13:10
Tərbiz şəhəri “Həsən Padşah” tarixi kompleksi baxımsız qalıb

Kompleks 600 illik tarixə malikdir və ağqoyunlu Uzun Həsən çağında salınıb.

Gunaz.tv

Tarixi abidə Təbriz şəhərinin Sabiləmir (Sahib-ül-Əmr) dairəsində yerləşir. 

Pəhləvilər sülaləsinin Azərbaycanın taxiri tikililərini məhv etməks siyasəti nəticəsində hazırkı Mədəni adına küçə salınmaqla iki hissəyə bölünərək onun böyük bir qismi məhv edilib.

Qalan hissə bir neçə ildir ki, güya bərpa olunmaqdadır. Lakin tikilinin dalında özünəməxsus kafel bəzəkli əsas hissəsi zibil tullanma yerinə çevrilib.

Həmçinin, onun bərpası üçün sahədən toplanmış enamelli kafellərinin hara aparıldığı bəlli deyil. 

Bu tarixi kompleksin bərpa proyekti də Təbriz şəhəri Ərk Qalasının, Şairlər Məqbərəsi (Məqbərət-ül-Şüəra), “Rüb Rəşidi” və Bağşumal Çardaq İmarətinin bərpa proyektləri kimi illəridir dayandırılıb və bitirilmir. 

Onlar faktiki baxımsız qalaraq dağılmağa sövq edilib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar